"Şeremetyevo" Azərbaycan təyyarəsinin qəzasından sonra işini tam bərpa edib - VİDEO
Moskvanın Şeremetyevo hava limanının ikinci zolağı Azərbaycandan gələn təyyarənin üzləşdiyi qəzadan sonra öz işini bərpa edib.
Aeroport rəhbərliyi hadisə ilə bağlı 15 reysi ləğv etmək və 30-dan çox reysin vaxtına düzəliş etmək məcburiyyətində qalmışdı.
Məlumata görə, Azərbaycandan gələn biznes sinfli "Jet Air Group" tipli təyyarənin uçuş-eniş zolağından çıxmasından sonra, hava limanının ikinci uçuş-eniş zolağının işi müvəqqəti olaraq dayandırılıb.
Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına görə, təyyarə zolaqdan 50 metr kənara çıxıb. Hava gəmisində 3 sərnişin və 3 heyət üzvü olub. Zərər çəkən olmayıb. Faktla bağlı araşdırmalara başlanıb. Aeroport isə hazırda ştat rejimində fəaliyyət göstərir.
Rusiya mediası göyərtədəki 3 ekipaj üzvünün də siyahısını əldə edib. Həmin şəxslər – Elman Aslanov, Sergey Polumordvinov və Leyla Paşayevadır.
Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlayıb. Bundan başqa, Komitə biznes-jetin evakuasiya videosunu yayıb.
Qəzaya düşən təyyarənin evakuasiya videosu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
8 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























