“Azərxalça”nın Quba filialında 130 ədəd xalça toxunub
Bir ildir fəaliyyətə başlayan “Azərxalça” ASC-nin Quba filialında 365 kvadratmetr olmaqla, 130 ədəd xalça toxunub. Müəssisədə yüzə yaxın xalçaçı işlə təmin olunub.
Bu barədə dekabrın 7-də xalça fabrikinin istifadəyə verilməsinin bir illiyi münasibətilə kollektivlə keçirilən görüşdə bildirilib.
“Azərxalça” ASC-nin mətbuat katibi Tural Səfərov Qubada xalçaçılıq müəssisəsinin 2017-ci il dekabr ayının 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verildiyini diqqətə çatdıraraq, əlamətdar gün münasibətilə kollektivi təbrik edib.
Diqqətə çatdırılıb ki, bölgələrdə xalça emalı müəssisələrinin yaradılması dövlətimizin başçısının xalçaçılığın inkişafına göstərdiyi diqqət və qayğısının əyani təzahürüdür. Prezident İlham Əliyev filialın açılış mərasimində bu bölgənin milli xalçaçılığa verdiyi töhfələri yüksək qiymətləndirərək deyib: “Quba həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Yəni, Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olmuşdur”.
Tural Səfərov bildirib ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdəki filiallar öz fəaliyyətlərini gündən-günə genişləndirir. Bu müəssisələrdə peşəkar toxucular tərəfindən keyfiyyətli xalçalar toxunur.
“Azərxalça” ASC-nin Quba filialının direktoru Nəzakət Novruzova qeyd edib ki, xalçaçılar Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Hazır olan xalçalar Quba, Şirvan və Qarabağ çeşniləri əsasında toxunub. Üzərlərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunub. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir.
Tədbirdə toxuculardan Yeganə Niftəliyeva, Həmidə Valehova çıxış edərək qubalı xalçaçıların bu bölgənin qədim xalçaçılıq ənənələrini yaşadacaqlarına, daha gözəl xalçalar toxuyacaqlarına əminliklərini ifadə ediblər. Xalçaçılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək peşəkarlığı ilə fərqlənən bir qrup toxucuya “Azərxalça” ASC-nin fəxri fərmanı təqdim olunub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























