“Ketchi”nin sahibi etiraz edir - "AXŞAM 10-DA ZƏNG GƏLDİ Kİ,..."

Sahibkar: "Məhsullarda mikrop tapılması mənə inandırıcı gəlmir, tələm-tələsik qərar verilib"
Süd məhsulları istehsalçısı “BMS Aqro” MMC istehsal etdiyi məhsulların tərkibində problem olmsı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına cavab verib.
Şirkətin icracı direktoru Mülazim Balakişiyev bildirib ki, şirkətin istehsal etdiyi məhsulun tərkibində bakterioloji çirklənmənin olması ilə Agentlikdən indiyədək ətraflı məlumat almayıb.
Eyni zamanda şirkət öz məhsullarının keyfiyyətinin araşdırılması ilə bağlı müstəqil mütəxəssisə cəlb etmək niyyətindədir.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunda mikrob tapıb. Agentlikdən bildiriblər ki, həmin məhsullardan müayinələr üçün nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə aşkar edilib.
Buna görə də, Agentlik “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edib.
Şirkətin direktoru Mülhazil Balakişiyev bildirib ki, Agentlik analizin nəticələri ilə bağlı şirkətə ətraflı məlumat verməyib: “Bununla bağlı bizə heç bir məktub daxil olmayıb. Sadəcə dünən axşam mobil telefonuma zəng edib bildirdilər ki, məhsulun tərkibində baterioloji çirklənmə var, söhbətin hansı mikrobdan getməsini bildirməyiblər”.
Xatırladaq ki, “BMS Aqro” MMC-nin heyvandarlıq istehsalat kompleksi Ağcabədidə və Bakıda yerləşir. Ağcabədidə şirkətin heyvandarlıq təsərrüfatında keçi və qoyunlar saxlanılır.
Şirkət direktoru bildirib ki, müəssisədə bir qədər əvvəl heyvanların müayinəsi aparılıb və heç bir xəstəlik aşkar edilməyib. Buna görə də, Agentliyin məhsullarda problem tapması inandırıcı gəlməyib: “Bizim müəssisə kiçik başlı heyvanların müasir üsullarla sağıldığı bir müəssisədir. Bununla bağlı belə tələm-tələsik qərar verilməsi bizi narahat edir”.
Şirkət rəhbərliyi bildirir ki, belə məlumatın detalları açıqlamadan ümumi şəkildə yayılması Agentliyin təcrübəsizliyi ilə də bağlı ola bilər: “Agentlik yeni yaranıb, ola bilər ona formalaşmaq üçün zaman lazımdır”.
Eyni zamanda onun sözlərinə görə, hələlik analizin nəticələrini almadıqlarından agentliyin pendirdə və şorda hansı mikrobu tapdığını bilmir və ona görə də dəqiq münasibət bildirmək çətindir: “Bu barədə heç bir məlumat verilməyib ki, məsələn, problem nə vaxt, hansı şəraitdə aşkar edilib. Eləcə də hansı nümunədə aşkar edilib. Bakterioloji çirklənmə demək asandır, amma söhbətin hansı çirklənmədən getməsi və onun nə qədər təhlükəli olması aydınlaşmalıdır”.
M.Balakişiyev bildirir ki, bir qədər əvvəl müəssisənin heyvanları ölkədəki aqrokomplekslərdən birində yoxlanılıb və heç bir problem qeydə alınmayıb.
O ki qaldı məhsullara, Agentliyin açıqlamasında problemin motal pendiri və şorda qeydə alındığı bildirilib. Amma şirkət bildirir ki, şor satışı ilə məşğul olmur, müəssisədəki şor isə işçilərin qidalanması üçün istifadə olunur: “Bizim əsas məhsulumuz motal pendiridir. Onları 20-30 gün duzda saxlayırıq, sonra isə dərilərə yığıb daha 60 gün saxlayırıq. Pendirlər ümumilikdə 90-120 gün duzda qalır. Yəni burada mikrob üçün heç bir şərait yaranmır”.
Şirkət rəhbərinin sözlərinə görə, analizin nəticələrinə nümunələrin haradan götürülməsi ilə yanaşı, necə götürülməsi, onların harada saxlanması və necə daşınması da təsir edə bilər. Bu mərhələlərin istənilən birində gigiyenaya əməl olunmayıbsa problem yaranmalıdır: “İşçimizə deyiblər ki, əlini sal (pendir olan qabın içərisinə) götür ver bizə, amma işçimiz əlini yuyubmu, əlində əlcək olubmu? Nümunəni hansı qaba qoyublar, o qab təmiz idimi? Bunlar bilinmir, halbu ki, bu prosesin hər bir mərhələsində bura bakteriya daxil ola bilərdi”.
M.Balakişiyevin sözlərinə görə, analizin nəticələri təqdim edilmədiyinə görə, dəqiq bilinmir ki, problem hansı nümunədə tapılıb, ola bilər ki, söhbət hələ duzda olan, yəni satışa çıxaılmayan nümunələrdən gedir: “Amma biz onu elə onun üçün duza qoyuruq ki, mikroblar ölsün. Biz bunu onsuz da çox gec satışa çıxardırıq”.
Hələlik “BMS Aqro” MMC-nin rəhbərliyi Agentliyin ittihamlarından sonra hansı addım atacağını bilmir:
“Əlimizdə analizin nəticələri barədə rəsmi məktub yoxdur. Amma hüquqlarımızı müdafiə etmək üçün müxtəlif instansyalar var. Hətta müstəqil ekspertlərə lə müraciət edəcəyik”.
Qeyd edək ki, Agentlik şirkətdən bu məhsulların istehsalının dayandırılmasını tələb etmişdi: “Belə bir tələb varsa bu fermanın bağlanması deməkdir. Məcbur olub bağlayacağıq”-deyə M.Balakişiyev vəziyyəti açıqlayır.
Yeri gəlmişkən, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək nümunələrin analizi ilə bağlı aktın surətini istədik. Amma Agentlikdən bildirildi ki, rəsmi sənəd olduğundan onu təqdim etmək mümkün deyil: “Amma bu akt şirkətə göndərilib və onu istehsalçının özündən götürmək olar”-deyə Agentlikdən bildirilib.
Agentlikdən o da bildirilib ki, pendirdən tapılan mikrob – “eşli ekol” adlanan bağırsaq çöpüdür. Öz növbəsində M.Balakişiyev şirkətin istehsal etdiyi məhsulda belə mikrobun tapılmasının inandırıcı olmadığını bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün əvvəl
Bank Respublika rəhbərliyi və əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yerli sahibkarlar ölkəmizi tərk etmədən Dubaydakı biznesləri üçün xidmətlərdən faydalana biləcəklər
-
1 gün əvvəl
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
-
1 gün əvvəl
Birja Bank "BTB" istiqrazıları barədə qərar verdi - ABUNƏ YAZILIŞI BAŞLAYIR
-
1 gün əvvəl
Nazir Mikayıl Cabbarov ərəb ölkəsinin iqtisadiyyat naziri ilə görüş keçirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
- 1 gün əvvəl
- 1 gün əvvəl

Yüksək gəlirli müəssisələr satışa qoyulub - QİYMƏTLƏR

Prezident koordinator təyin etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Regional kollecdə yeni təyinatlar olub

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın təqdimatı keçirilib

BOKT "International” istiqrazlarınının ticarət nəticələri tələblərə cavab vermədiyindən listinqə alınmadı

Milli Depozit Mərkəzi ilə UNEC arasında memorandum imzalanıb

Rusiya Mərkəzi Bankı pauza mövqeyində qalır
