Şadlıq sarayları və restoranların cərimələnməsinə başlanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) xəbərdarlığına əməl etməyən şadlıq sarayları və restoranların cərimələnməsinə başlanılıb.
May ayından etibarən müasir standartlara uyğun təmizləyici qurğuları olmayan obyektlərə edilən xəbərdarlığın müddəti sentyabrın 1-dən etibarən bitib. Buna baxmayaraq, 88 obyekt hələ də təmizləyici qurğu vasitəsilə tüstünün tənzimlənməsinə başlamayıb. Artıq bir neçə gündür Nazirliyin və icra hakimiyyətinin əməkdaşları birgə tapşırığa əməl etməyən obyektlərin cərimələnməsinə başlayıb.
Bu səbəbdən reydlər aparılır, restoranlardan çıxan tüstünün atmosfer havasını nə qədər çirkləndirməsi ölçülür. Ölçmənin cavabları laboratoriyaya göndəriləcək, nəticəyə uyğun olaraq restoranlar cərimələnəcək.
Ötən gün keçirən reydlərdə mətbuat nümayəndələri də iştirak edib. Restoranlardan havaya atılan tüstü müşahidə edilib, cihazlarda atmosfer havasının çirklənmə səviyyəsi yoxlanılıb.
Bəzi restoranların sahiblərindən, əməkdaşlarından açıqlama almaq mümkün olmayıb. "Lido" restoranının administratoru Zeynal Bəşirov isə təmizləyici qurğunu emal edən şirkəti tapmaqda çətinlik çəkdiklərini deyib: "Artıq bir həftədir müvafiq şirkətlə danışıqlar aparırıq. Yaxın vaxtlarda restoranda müasir standartlara uyğun təmizləyici qurğular quraşdırılacaq".
ETSN-in sözçüsü İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır: "Bu da havanın lokal xarakterli çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur".
Onun sözlərinə görə, Nazirliyin məqsədi restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır: "Əgər məqsəd cərimələmək olsaydı, heç bir xəbərdarlıq olunmadan obyekt sahibləri ilk gündən qanunamüvafiq qaydada cərimə olunardılar".
İ.İbrahimova qeyd edib ki, ETSN-in 24 saat fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt"inə vətəndaşlardan çoxlu şikayətlər daxil olub: "Bununla bağlı Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, əksər restoranlardan atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol veriliən qatılıq həddindən dəfələrlə artıqdır. Tərəfimizdən ictimai iaşə obyektləri və şadlıq evlərinə, havaya atdıqları tüstü axınına və qoxuya görə xəbərdarlıq məktubları göndərilmiş, onlarla görüşlər keçirilmiş və müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması məqsədilə vaxt verilmişdi. İctimai iaşə obyektlərinin sahiblərinə tərəfimizdən humanistlik göstərilərək təmizləyici qurğuların quraşdırılması üçün yenidən əlavə 15 gün vaxt verilmişdi. Sentyabrın 1-i həmin vaxt başa çatıb. Görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara məhəl qoymayan, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə artıq sərt tədbirlərin görülməsinə başlanılıb. Görülən inzibati tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, Nazirlik tərəfindən həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq".
TSN-in Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında deyib ki, ötən üç ay ərzində, ümumilikdə, 9 iaşə obyekti filtirləri quraşdıraraq istifadə yararlı vəziyyətə gətirib:
"Son 4-5 gün ərzində ictimai iaşə obyektlərində də monitorinq keçirilir. Onların 56-sı filtirlərin quraşdırılması ilə bağlı artıq rəsmi müqavilə bağlayıb. Ümumiyyətlə, 88 obyektdə heç bir iş aparılmayıb. Cərimələr atmosferə atılan zərərli maddələrin miqdarına uyğun olaraq hesablanacaq. Artıq 30 obyektdən analizlər götürülüb, atmosferə atılan tullantıların miqdarı normadan artıq olduğundan obyekt sahiblərinin cərimə olunması üçün tədbirlər görülür".
Qeyd edək ki, reydlər bir neçə gün davam edəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
9 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















