Azərbaycanın aparıcı İKT şirkətinin gəlirləri kəskin artıb
Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun liderlərindən biri olan “BestComp Group” şirkəti 2017-ci ili 5 milyon 916 min manat xalis mənfəət ilə başa vurub. 2016-cı illə müqayisədə şirkətin xalis mənfəəti 14,6% artıb. “BestComp Group” 2016-cı ili 5 milyon 160 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, “BestComp Group”un 2017-ci ildə əməliyyat gəliri 2016-cı illə müqayisədə 77,5% artaraq 70 milyon 143 min manata çatıb. Şirkət 2016-cı ildə 39 milyon 507 min manat əməliyyat gəliri əldə etmişdi.
Ötən il Şirkət xarici valyuta məzənnəsindən asılı olaraq əldə olunan gəlir və digər gəlirlər daxil cəmi 70 milyon 571 min manat gəlir əldə edib. Bu, 2016-cı illə müqayisədə 67,4% çoxdur.
Ötən il “BestComp Group”un əməliyyat xərcləri 2 dəfəyə yaxın artaraq 61 milyon 152 min manat təşkil edib. 2016-cı ildə şirkətin əməliyyat xərcləri 34 milyon 473 min manat olmuşdu.
Ötən il Şirkətin bank komisyon xərcləri (kredit üçün)də artaraq 675 min manatdan 1 milyon 443 min manata yüksəlib. Şirkətin xərcləri gəlirlərindən daha çox artıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
2017-ci ildə “BestComp Group”un əməliyyat və digər xərcləri 63 milyon 177 min manat təşkil edib. Cəmi gəlirlərdən (70 milyon 571 min manat ) cəmi xərclər çıxıldıqdan sonra 7 milyon 395 min manat xalis əməliyyat gəliri qalıb. 2016-cı ildə bu rəqəm 6 milyon 450 min manat təşkil etmişdi. Ötən il “BestComp Group” əməliyyat mənfəətindən 1 milyon 478 min manat mənfəət vergisi ödəyib.
1995-ci ildə yaradılan "BestComp Group" şirkəti sistem inteqrasiyası, data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, IT təhlükəsizlik, distribüsiya, pərakəndə satış və digər İT xidmətlərin (server həlləri, KGS, POS – avadanlığı və s.) göstərilməsi sahəsində İKT sektorunun liderlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















