Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
İyunun 4-nə respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Temperaturun gecə 15-17° isti, gündüz 20-24° isti olacağı ehtimalı var. Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti olacaq. Abşeronun cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 27 d. əvvəl
-
-
47 d. əvvəl
“Bakı Logistika”nın anbarı yanır - Kəmaləddin Heydərov hadisə yerindədir
-
1 saat əvvəl
Almaniyanın enerji şirkəti "E.ON" Böyük Britaniyadakı rəqibi "Ovo Energy"ni satın alır
- 18 saat əvvəl
- 20 saat əvvəl
-
23 saat əvvəl
Trampın İranın cavabını rədd etməsindən sonra neft bahalaşıb
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Rəsmi məzənnələr açıqlandı
Mayın 12-də gözlənilən hava şəraiti - 30° isti
Tramp 13–15 may tarixlərində Çinə səfər edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Tramp: İranın verdiyi cavab “tamamilə qəbuledilməzdir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 2 GÜN
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
“Zangilan City Park Hotel”in təməli qoyuldu






.jpg)
.jpg)







.jpg)







