İran: Bir daha nüvə danışıqları üçün masaya oturmayacağıq
İranın xarici işlər naziri Cavad Zərif, "Youtube" üzərindən bir video yayaraq İranın nüvə müqaviləsi məsələsində bir daha "bazarlıq" etməyəcəyini və müzakirə masasına oturmayacağını açıqlayıb.
Cavad Zərif, ABŞ-ı ölkəsindən investisiyaları uzaqlaşdırmaq üçün işləri qarışdırmaqda günahlandırıb.
Nüvə müqaviləsi, İran ilə P5+1 ölkələri (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya) arasında 2015-ci ildə ABŞ Prezidenti Barak Obama dövründə imzalanmışdı.
İran ilə bağlanmış müqavilədən çıxmaq niyyətini dəfələrlə dilə gətirən Donald Tramp, bu barədə son qərarını Mayın 12-də elan edəcəyini açıqlamışdı. Fransa İranla razılaşmaya hər bir ölkənin sadiq qalması lazım olduğunu ya da yeni bir nüvə sazişi bağlana biləcəyini qeyd etmişdi.
ABŞ-ın bu müqavilədən çıxması halında İrana yenidən sanksiya tətbiq oluna bilər və bunun nəticəsində bu ölkənin neft ixracı azala bilər.Belə olan halda neft qiymətlərinin daha da yüksələcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
9 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
9 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
10 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
10 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
11 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır























