“Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib

Aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Kompleks “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən tikilib.
“Cahan Holdinq” direktoru Vüqar Abbasov çıxış edərək deyib ki, Sahibkarlığa Kömək Fondundan layihənin icrasına 3 milyon manat kredit ayrılıb.
Vüqar Abbasov yaradılan şəraitə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının kollektivi adından minnətdarlıq edib.
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev bildirib ki, muxtar respublikada gənc və aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasında, əhalinin uzunmüddətli kreditlər vasitəsilə yaşayış sahəsi ilə təmin olunmasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti də mühüm rol oynayır. Bugünədək dövlət qulluqçuları, hərbçilər, müəllimlər, həkimlər, polislər və digər sahələrdə işləyən muxtar respublika sakinləri maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi olublar. Ötən dövrdə fondun vəsaiti hesabına əhaliyə, ümumilikdə, 3 milyon 501 min 404 manat məbləğində ipoteka krediti verilib. Bu vəsaitin 1 milyon 98 min 173 manatı və ya 31,4 faizi güzəştli, 2 milyon 403 min 231 manatı və ya 68,6 faizi isə adi ipoteka kreditlərinin payına düşür.
Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksində mənzil almaq istəyən gənc ailələr də ipoteka kreditləşməsi ilə bağlı yaradılan imkanlardan faydalanıblar. Belə ki, 98 ailə ipoteka kreditindən istifadə edərək “Gənclər şəhərciyi”ndə mənzil sahibi olub. Bu ailələrdən 26-sı güzəştli, 72-si adi ipoteka krediti götürüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2014-cü ildə təməli qoyulan “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib:
Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Sahibkarlar da yaradılan şəraitdən istifadə edərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksi də bu sahədə görülən işlərin nümunəsidir. Ali Məclisin sədri bu işdə əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirib.
Ali Məclisin sədri “Gənclər şəhərciyi” yaşayış kompleksinin açılışını bildirən lenti kəsib. Bildirilib ki, ümumi sahəsi 22 min 860 kvadratmetr olan şəhərcikdə 2 doqquz mərtəbəli, 2 on bir mərtəbəli və 2 on üç mərtəbəli olmaqla, 6 bina inşa olunub. Binalarda sahəsi 57-59 kvadratmetr olan 24 birotaqlı, sahəsi 62-77 kvadratmetr olan 216 ikiotaqlı, sahəsi 86-104 kvadratmetr olan 192 üçotaqlı və sahəsi 120-142 kvadratmetr olan 24 dördotaqlı mənzil olmaqla, ümumilikdə, 456 mənzil var. Mənzillərdən 2-si şəhid ailələrinə verilib, 98-i isə ipoteka krediti ilə satılıb. Şəhərciyin ərazisində 315 yerlik yeraltı avtomobil dayanacağı inşa olunub. Hər binanın girişində 1 sərnişin və 1 yük lifti, yanğından mühafizə üçün mərkəzi havalandırma sistemi, həmçinin avtomobil dayanacağına giriş üçün 3 köməkçi lift quraşdırılıb. Yanğından mühafizə üçün 200 kubmetrlik, tələbatı ödəmək üçün 520 kubmetrlik iki su anbarı tikilib. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulub. Kompleksə fiber-optik şəbəkə çəkilib, ərazidə təhlükəsizliyi təmin etmək üçün mərkəzi kamera sistemi quraşdırılıb. Şəhərcikdə 2500 kilovoltamper gücündə transformator, 250 kilovoltamper gücündə generator quraşdırılıb. 6 min kvadratmetr ərazidə abadlıq işləri aparılaraq müasir işıqlandırma və suvarma sistemi qurulub, həyətdə mini-basketbol meydançası, şahmat taxtası və uşaq əyləncə parkı yaradılıb. Şəhərciyi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yerüstü keçid tikilib. Ali Məclisin sədri “Gənclər şəhərciyi” yaşayış kompleksindəki ticarət və xidmət sahələrinə baxıb. Məlumat verilib ki, kompleksdə 54 ticarət və xidmət sahəsi fəaliyyət göstərir. “Banu” ərzaq mağazasında əsasən muxtar respublikada istehsal olunan məhsullar, o cümlədən xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan gündəlik tələbat malları satışa çıxarılır. Burada çörək və şirniyyat sexi də fəaliyyət göstərir. “Meynəli” şərab mağazasında isə muxtar respublikada istehsal olunan spirtli içkilər və dünyanın 20-yə yaxın ölkəsində istehsal olunan 650 çeşiddə məhsul alıcılara təklif olunur. “Simit sarayı” iaşə obyektində isə insanların rahatlığı tam nəzərə alınıb. Yaşayış kompleksində 21 yeni iş yeri yaradılıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat sonra
Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir
-
13 saat əvvəl
Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq - QALİB ŞİRKƏT
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
15 saat əvvəl
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub
-
16 saat əvvəl
İndi xarici bank kartı ilə edilən ödənişləri kartın öz valyutasında qəbul edin
-
16 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
16 saat əvvəl
"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər

Unibank həftəsonuna özəl komissiyasız kredit kampaniyası keçirir

Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq - QALİB ŞİRKƏT

"Birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək"

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

4 startap 50 min manatlıq mükafat fonduna layiq görülüb
Ən çox oxunanlar

Ağdam Sənaye Parkında 900-dən artıq daimi iş yeri yaradılıb

Dövlət 2 bankda 370 milyon manat depozit yerləşdirdi

Yasamalda hazır və tikilməkdə olan mənzillərin satışı davam edir

Yanan boya zavodu hansı şirkətə məxsusdur?

Boya istehsalı zavodundakı yanğın tam söndürülüb

Bankda növbədənkənar ümumi yığıncaq keçiriləcək
