Mənzili bünövrədən, yoxsa bina hazır olduqda almaq lazımdır?
Bu gün Bakıda çoxlu sayda pilot layihələr icra edilir, yeni yaşayış binaları tikilir. Çoxları binanın bünövrəsindən (“katlavandan”) mənzil alamağa ehtiyat edir. Ötən illərdə bir mənzilin bir neçə nəfərə satması nəticəsində tikinti şirkətlərinə inamın azalması, tikintinin yarımçıq qala biləcəyi riski insanları qorxudur.
Əmlak vasitəçisi Sübhan Babayev “Marja”ya bildirdi ki, əvvəlki illərlə müqayisədə tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən dələduzluq halları azalıb. Pilot layihələri icra edən MTK-lar, bugünədək yaşayış binaları tikib istifadəyə vermiş, yəni uğurlu fəaliyyət tarixi olan şirkətlər nisbətən etibarlıdır. Bakıda köhnə binaların sökülərək yerində yeni yaşayış binalarının inşa edilməsi (pilot layihələr) dövlətin nəzarəti altında aparılır.
QİYMƏT YÜKSƏK OLUR
Sübhan Babayevin sözlərinə görə, bina hazır olduqdan sonra mənzil almaq əlverişli deyil:
“Birincisi bina hazır olan vaxt qiymət daha yüksək olur. Əgər “katlavanda” 1 kv.m üçün qiymət 1000 manat idisə, bina hazır olan zaman 1200-1300 manata yüksəlir. Bu da 50 kv.m sahədə 10-15 min manat əlavə ödəniş deməkdir.
"ŞİKƏST" MƏNZİLLƏR QALIR
İkincisi bina hazır olanadək mənzillərin 80-90%-i satılır. Daha doğrusu, layihəsi yaxşı olan mənzillər satılır. Adətən qalan mənzillər əlverişsiz layihəyə - böyük balkona, dəhlizə, çox kiçik mətbəxtə və s. malik olur. Və yaxud mənzillər binanın sonuncu mərtəbəsində, ya da şimalında yerləşir. Adətən, binanın cənubunda və ortada yerləşən mənzillər birinci satılır. Həmçinin, sahəsi daha böyük olan mənzillər də gec satılır və belə mənzillər qalmış olur. Qısası, bina hazır olan zaman daha baha qiymətə alacağınız mənzil böyük ehtimalla bir çatışmazlığa malik olacaqdır”.
"QONŞUN PİSDİRSƏ KÖÇ QURTAR"
Əmlak vasitəçisi qeyd etdi ki, yaşayışa hazır binalarda sakinlər tərəfindən aşağı qiymətlər ilə təklif olunan mənzilləri də diqqətlə araşdırmaq lazımdır. Yaxşı planı, yerləşməsi, şəhərin mərkəzinə mənzərəsi və s. olan mənzil heç vaxt ucuz qiymətə təklif edilməz. Mənzilin satılmasının səbəblərindən biri təbii qazın verilməməsi, sənədləşmənin gecikməsi, digər bir amil isə pis qonşu ola bilər:
“Bu yaxınlarda bir nəfər yeni binada mənzilini satırdı. Sonra bizə məlum oldu ki, üstəki mənzilin sahibi çox səs-küy yaratdığından o mənzilini satmaq qərarına gəlib. Gecəyədək yüksək səslə musiqiyə qulaq asan və ya hər gün mənzilində idmanla məşğul olan insanlar var”.
"MƏNZİLİ ALAN ZAMAN SAT"
Sübhan Babayev tövsiyə etdi ki, mənzili alan zaman onu xayalda satmaq lazımdır: “Yəni, almaq istədiyiniz mənzili xəyalınızda satışa çıxarın. Əgər aldığınız mənzili bu gün dərhal sata biləcəyinizi hesab edirsinizsə, o mənzili alın. Sabah mənzilin neçə günə və hansı qiymətə satıla bilinəcyini alan zaman düşünmək lazımdır. Adətən, metro stansiyalarının, avtobus dayanacaqlarının, məktəblərin yaxınlığında yerləşən mənzillər daha tez satılır”.
BU EHTİMAL VARSA, FİKRİNİ DƏYİŞ!
Əmlak vasitəçisi qeyd etdi ki, mənzil alınan binanın ətrafına da nəzər salmaq lazımdır: “Əgər gələcəkdə pəncərənizin qarşısında yeni bir binanın ucaldılacağı ehtimalı varsa, fikirinizi dəyişin. Ehtimalınız reallaşarsa gün işığınız, mənzərəniz və havanız kəsiləcəkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























