“Renessans Palace” binalarından biri sakinlərin ixtiyarına verildi - FOTOLAR
“AS Qrup İnvestment” şirkətinin Bakının Yasamal rayonunda inşa etdiyi premium seqment yaşayış kompleksi “Renessans Palace”da mənzillərin açarları mülklərin sahiblərinə təqdim olunub.
Dörd binadan ibarət kompleksin korpuslarından birincisi 17 mart tarixində təmir işləri apara bilmələri üçün mənzil sahiblərinə təhvil verilib.
Açarların təqdimatı üçün “Renessans Palace” yaşayış kompleksində təmirə təhvil veriləcək korpusda həmin binanın sakinlərinin iştirakı ilə rəsmi və bədii hissədən ibarət xüsusi tədbir keçirilib. Təqdimatda çıxış edən “AS Qrup İnvestment” nümayəndələri təmir üçün yaradılan şəraitdən və mənzil sahiblərinin təmiri zamanı təhlükəsizliyə əməl etməli olduqları şərtlər barədə məlumat veriblər.
“AS Qrup İnvestment” şirkətindən bildirildi ki, 2 ay fasilə ilə payızadək bütün korpusların təmirə təhvil verilməsi nəzərdə tutulub. Sentyabr ayında keçirilməsi planlaşdırılan “Grand Opening” (Böyük Açılış) tədbiri ilə “Renessans Palace” premium yaşayış kompleksində artıq yaşayış üçün icazə veriləcək.
İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir.
3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd sürətli “Mistubishi” markalı liftlər quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.45 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























