Ustaların qayğısına qalan “MƏTANƏT A” ®
Bu dəfə fasad ustaları üçün təlim təşkil edilib.
“Mətanət A” Şirkəti öz ənənəsinə sadiq qalır. Bu dəfə də Şirkət peşəkar ustalar üçün özünə məxsus maarifləndirici tədbir təşkil edib.
“Qayğımıza qalan FasNatural” adlı təlimdə Azərbaycanın ilk “Ustalar Klubu”nun fasad üzrə ixtisaslaşmış 100-ə yaxın üzvü iştirak edib. Ustalara “Mətanət A” Şirkətinin istehsal etdiyi və dünyanın 150-dən artıq ölkəsində patentləşdirilmiş “FasNatural ” məhsulu ilə bağlı məlumat verilib. Bildirilib ki, “FasNatural”məhsulu fasadda arxitektur ornamentlərin, bəzək məmulatlarının, izolyasiya lövhələrinin üzərinə çəkilməklə paduqaların və üzlük plitələrinin hazırlanılmasında istifadə edilir. “FasNatural” aqlay daşını əvəz edir, su hopmur, şaxtada çatlamır, məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir, binanın fasadının yükünü 11 dəfəyə kimi azaldır, vizual görüntü baxımından təbii daşdan seçilmir, ən əsası isə, daha ucuz başa gəlir.
“İlin İxtirası” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülmüş “FasNatural” məhsulunun tətbiqi prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib, ustaların suallarını “Mətanət A”- nın peşəkar mütəxəssisləri cavablandırıb. Bu tədbirdə Şirkət daha bir İLKƏ imza atıb - ustalara “FasNatural” BONUS KARTları təqdim olunub. Bu kartlar ustalara xüsusi bonuslardan yararlanmaq imkanı verir. Təlimi uğurla başa vuran ustalar isə sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, ”Mətanət A” Şirkəti inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişaf etdirilməsinə daim böyük diqqət yetirir və bu sahədə çoxşaxəli fəaliyyəti ilə seçilir. Bunun bariz nümunələrindən biri 14 ildir uğurla fəaliyyət göstərən “Mətanət A”– nın “Ustalar Klubu”dur. Klubun əsas məqsədi ustaların bilik və bacarıqlarını inkişaf etdirmək, onların işlə təmin olunmasına dəstək göstərməkdir. Şirkət bu sahədə fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























