Yeni tikilidən mənzil alanların əsas şikayətləri
İnşaat sektorunda irəliləyişin olması yeni tikililərin sayının da artmasına səbəb olur. Alternativ çox olduğu təqdirdə mənzil seçimi zamanı nəzərə alınması lazım olan məsələlər də çoxalır. Ev almaq istəyənlər binanın vəziyyətinə, yerləşdiyi əraziyə, satiş edən şirkətin bundan öncəki layihələrdəki uğuruna qədər bir çox məqamlara diqqət etməlidir. Mənzil sahibi olmaq kimi önəmli bir qərar vermisinizsə, hər şeyi araşdırmağınız da mütləqdir. Belə olmayacağı təqdirdə böyük problemlərlə üzləşmək də qaçılmaz olur. Bu durumda isə siz ev yox, problem sahibi olursunuz.
İnsanların yeni tikililərdə üzləşdiyi əsas 3 problem:
-Çıxarışlar (kupça) verilmir: Aldıqları mənzilin dəyərini tam olaraq ödəmələrinə rəğmən bir neçə ildir ki, tikinti şirkətindən çıxarışlarını ala bilməyən yüzlərlə insan var. Şirkətin verdiyi müqavilə ilə mənzil sahibi olan ev sahibləri hər zaman “bir gün şirkət batar və evimizdən olarıq” qorxusu ilə yatırlar.
-Təhvilin gecikməsi: Alıcılar çox zaman qiymətinin ucuz olması səbəbi ilə hazır binadan çox, təməli yeni qoyulan binalardan mənzil almağa üstünlük verirlər. Müştəri müəyyən məbləğ ödəyib, binanın təhvil veriləcəyi günü gözləyir. Bəzi hallarda 1 il 3 ilə, 3 il 5 ilə dönür, bəzən isə tikintinin düzgün sənədləşdirilməməsi səbəbindən binanın tikintisi yarımçıq dayanır. Bu hallarda isə ən çox ziyanı müştərilər çəkir.
-Təhvildən sonrakı xidmətin zəifliyi: Bir çox tikinti şirkətləri binanı sakinlərə yaşayış üçün təhvil verdikdən sonra öhdəliyinin bitdiyini düşünür. Bundan sonra sakinlərin şikayətləri ilə maraqlanmır, ortaya çıxan problemlərin həllindən boyun qaçırır. İstilik sistemində, suyun, qazın, işiğın verilməsində, lift sistemində yaranan nasazlıqlarda sakin dərdini kimə deyəcəyini bilmir. Şirkətin xidmətinin qeyri peşəkarlığı özünü binanın təhlükəsizliyi və təmizliyində də göstərir. Belə problemlər sakinlərin hər gün əsəb gərginliyi yaşamalarına səbəb olur.
Yuxarıda sadaladığımız problemlər yeni tikililərdə insanları narahat edən əsas amillərdir.
Bir neçə gün öncə Prezident Administrasiyası(PA) əhalinin tikinti şirkətlərindən daxil olan şikayətlərində adı hallanan müəssisələrin siyahısını açıqladı. Siyahıda Melissa Group-un adına rast gəlinməməsi təsadüfi deyil. Tikintinin ilkin mərhələsində, tikinti müddətində və təhvil verildikdən sonra, hər zaman sakinlərin komfortunu və rahatlığını düşünərək Melissa Group tikinti şirkəti inşaat sektorunda inamlı addımlarla irəliləyir. Şirkət kompleks sakinləri ilə şirkət – sakin münasibəti deyil, ailə münasibəti qurmağa çalışır. Təhvil verilən binalarda sakinlərə xidməti yüksək səviyyədə saxlayır. Yaranan problemləri də anında dəyərləndirib, aradan qaldırır.
Qeyd edək ki, nümunə şirkətlərdən biri kimi, Melissa Group tikinti şirkətini misal göstərmək olar.
Melissa Group bütün layihələrində tikintini vaxtında, çıxarışla təqdim etməklə yanaşı, yüksək təhlükəsizlik və təmizlik xidmətlərinin təminatını verir və xüsusən də ara-sıra öz sakinləri üçün müxtəlif tədbirlərin təşkilatçılığını həyata keçirir və sakinləri ilə birlikdə müxtəlif sosial layihələrə imza atır.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
10 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























