ABŞ Prezidenti və Şimali Koreya lideri görüşəcək
ABŞ Prezidenti Donald Trumpın, Şimali Koreya lideri Kim Jong-un-dan gələn dəvəti qəbul etdiyi və iki liderin may ayında görüşəcəyi bildirilib.
"Marja" xəbər verir ki, Cənubi Koreyanın Milli Təhlükəsizlik müşaviri Chung Eui-Yong, ABŞ-lı rəsmilər ilə görüşünün ardından Ağ Evdə mətbuat açıqlaması verib.
Şimali Koreya lideri Kimin Trumpa göndərdiyi və içində ABŞ Prezidenti ilə ən qısa müddətdə görüşmək istəyinin də yer aldığı bir məktubdan bəhs edən Chung, "Prezident Trump, davamlı bir şəkildə (Koreya Yarımadasının) nüvədən təmizlənilməsi məqsədinə çatmaq üçün may ayında Kim Jong ilə görüşəcəyini deyib", -ifadəsini istifadə edib.
ŞİMALİ KOREYA RAKET SINAĞI HƏYATA KEÇİRMƏYƏCƏK
Chung, "Kim,Şimali Koreyanın bundan sonra hər hansı bir nüvə və balistik raket sınağı həyata keçirməkdən imtina edəcəyi vədini verib"- deyə bildirib.
Cənubi Koreyalı səlahiyyətli, bu addımlarla iki ölkə arasında sülh yolu ilə həllərin tapılacağı ümidlərinin daha da gücləndiyini vurğulayıb.
AĞ EV TƏSDİQ EDİB
Digər tərəfdən, Ağ Evin sözçüsü Sarah Sanders, Trump ilə Kimin görüşəcəyini təsdiqləyib. Sanders, görüşün yeri və vaxtının daha sonra müəyyənləşəcəyini qeyd edib.
Xəbərdən sonra, geo-siyasi vəziyyətin normallaşacağı gözləntisilə qızıl ucuzlaşıb və unsiyası 1317 dollara düşüb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 5 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























