"Sovetski"dəki güclü yanğın tam söndürülüb - YENİLƏNİB

"Yanğın haqda məlumat bu gün saat 17.01 radələrində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) daxil olub. Dərhal ərazi üzrə hadisə yerinə Yasamal Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub".
Bunu FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov deyib.
O bildirib ki, yanğınsöndürənlər hadisə yerinə 17.10-da çatıb: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunub. Dərhal Bakı qarnizonunun qüvvə və vasitələri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə 13 yanğın avtomobili, 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub. Yanğın ümumi həyət tipli bir tərəfi 2 mərtəbəli, digər tərəfi 3 mərtəbəli taxta konstruksiyalardan ibarət olan mənzillərdə baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub, uçqun altında qalan 1 nəfər qadın meyiti aşkarlanıb".
Ə. Novruzov qeyd edib ki, xilas olunanlardan 2-si qadın, 2-si isə kişidir: "Xilas olunanlardan 2-si ağır yataq xəstəsidir. Bir qadın əl nahiyəsindən aldığı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıb, ona ilkin yardım göstərilib. Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. Təhqiqat işlərinin nəticəsindən asılı olaraq yanğının başvermə səbəbləri müəyyən olunacaq. Pilləkən qəfəsləri taxta konstruksiyadan olduğundan yanğının ilk olaraq qısa müddətdə mənzillərə yayılma təhlükəsi sürətli olub, nəticədə insanlar alovun mühasirəsində qalıblar. Yanğınsöndürənlərin səyi nəticəsində insanlar xilas olunub. Yanğının söndürülməsi 35-40 dəqiqə çəkib. Hazırda konstruksiyaların sökülmə işləri davam edir".
XXX
Bakının "Sovetski" kimi tanınan ərazisində güclü yanğın tam söndürülüb.
Nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Eyni zamanda, hadisədə köməksiz vəziyyətdə qalmış iki nəfər də xilas edilərək xəstəxanaya çatdırılıb.
XXX
“Sovetski”də baş verən yanğın lokallaşdırılıb.
Məlumata görə, yanğının tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
XXX
Bakının "Sovetski" kimi tanınan ərazisində yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yanıq xəsarəti alıb.
Yanğın Yasamal rayonu, Həzi Aslanov küçəsi 1/17 ünvanında yerləşən 5 ailənin yaşadığı üçmərtəbəli yaşayış binasında baş verib.
Nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hazırda binanın sakinləri təxliyyə olunur. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 16 yanğınsöndürən maşını cəlb olunub.
Hadisə ilə bağlı qərargah yaradılıb.
Bundan başqa, yanğın baş verən binanın ikinci mərtəbəsində bir qadın, üçüncü mərtəbəsində isə bir kişi köməksiz vəziyyətdə qalıb. Onları xilas etmək üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Eyni zamanda, hadisə yerinə 3 təcili tibbi yardım maşını gəlib.
XXX
Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.
Öən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
XXX
Yanğın binanın iki mərtəbəsini əhatə edib. Binada yaşayan sakinlərin hamısı təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
XXX
“Sovetski”də baş verən yanğında bir qadın tüstüdən zəhərlənib.
Yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
XXX
Bakıda Sovetski kimi tanınan ərazidə bir neçə ev yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, yanğın Akademik Milli Dram teatrın arxasında yerləşən binada baş verib. Hava şəraiti ilə əlaqədar alov qonşu mənzillərə keçməyə başlayıb.
Əraziyə FHN-in 10 yanğın söndürən maşını və onlarla canlı qüvvəsi cəlb edilib. Alovun qarşısının alınması istiqamətində iş aparılır.
© Report, APA, Azərtac
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Tiko Azərbaycan" və "Greentek Group" şirkətlərinə icrası məcburi olan göstəriş verildi
-
-
11 saat əvvəl
Lombard şirkətinin gəliri 2 dəfə, xalis mənfəəti isə 3,6 dəfə artıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kredit təşkilatına 5 il müddətinə borca 3 milyon manat pul lazımdır - illik 17% ödəyəcək
-
13 saat əvvəl
Həsənovlara məxsus lizinq şirkəti gəlirini və mənfəətini açıqladı
-
14 saat əvvəl
"Bu, açıq-aşkar inhisarçılıqdır" - Elon Mask Apple şirkətini məhkəməyə verir
-
14 saat əvvəl
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
Son Xəbərlər

Gürcüstan ilə sərhəddə böyük növbə

"Tiko Azərbaycan" və "Greentek Group" şirkətlərinə icrası məcburi olan göstəriş verildi

Lombard şirkətinin gəliri 2 dəfə, xalis mənfəəti isə 3,6 dəfə artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT illik 18 faizlə 2 milyon manat cəlb edir

Həsənovlara məxsus lizinq şirkəti gəlirini və mənfəətini açıqladı
Ən çox oxunanlar

“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı

Azercell : Müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək

Əhaliyə və biznesə borc verən təşkilat özü illik 15 faizlə 1 milyon manat borc aldı

Azərbaycanda 6 ayda 35,1 milyard manatlıq satış

Azərbaycanda orta maaş açıqlandı

Unibank endirimli onlayn kredit kamaniyası keçirir

Azərbaycan iqtisadiyyatı 1 faizdən az artıb
