Pulsuz sərnişindaşıma planı
Avropa ölkələri hava çirkliliyinin artması səbəbindən dizel avtomobillərin satışını növbəti illərdə qadağan etmək qərarı vermişlər. "Marja" xəbər verir ki, Almaniya pulsuz sərnişindaşıma planı ilə bir addım önə keçməyə hazırlaşır.
5 pilot şəhərdə həyata keçiriləcək plan Avropa Birliyi Komissiyasına da göndərilib. Uğurlu olunduğu təqdirdə pulsuz sərnişindaşıma fikri bütün Avropa Birliyi ölkələrinə yayıla bilər.
Almaniya mediasında çıxan xəbərlərə görə, ölkədə hava çirklənməsinin ən yüksək olduğu 5 rayonda pilot olaraq pulsuz sərnişindaşıma layihəsinin həyata keçirilməsi düşünülür.
Bu plan ilə yollarda avtomobil sayının və havadakı zəhərli maddələrin azaldılacağı güman edilir.
Almaniya hökumətinin sözçüsü Steffen Seibert, hava çirklənməsinin azaldılmasına dair təklifləri də ehtiva edən bir məktubun Avropa Birliyi Komissiyasına təqdim edildiyini bildirib.
5 ŞƏHƏR BƏLLİ OLUB
Pulsuz sərnişindaşıma fikrinin ilk mərhələdə Bonn, Essen, Reutlingen, Mannheim və Ştutqartın cənubundakı Herrenberg bölgəsində tətbiq edilməsi düşünülür.
Təklifdə, elektrikli taksilərin sayının və ümumiyyətlə, elektrikli vasitələrə qarşı stimulların artırılması da var.
Almaniyadakı bələdiyyələrə də göndərilən plan ümumilikdə müsbət qarşılansa da, bəzi sualları da yaranır. Biletsiz daşımanı reallığa çevirmək və sərnişin sayındakı artımı qarşılamaq üçün daha çox qatar, avtobus tələb olunacaq; bu avtobuslar ətraf mühit dostu vasitələr olmalıdır (elektrikli); xərclər - önə çıxan mübahisə mövzularıdır.
Alman Nəqliyyat Şirkətləri Assosiasiyasının (VDV) məlumatlarına görə bələdiyyələrin ictimai nəqliyyatından əldə etdiyi bilet gəliri ildə 12 milyard avro ətrafındadır. Planlaşdırılan layihə reallaşarsa bunun vergi ödəyiciləri üzərində böyük bir yük olacağına diqqət çəkilir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























