Mübariz Mənsimov: Palmali "məhkəməyə müraciət edəcək"
"Palmali" Şirkətlər Qrupu ona məxsus olan "Çingiz Mustafayev" adlı gəminin 4-6 yanvar tarixlərində Petkim limanına buraxılmamasına görə məhkəməyə müraciət edəcək, qrupun rəhbəri deyir.
BBC Azərbaycan-a müsahibəsində "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov iddia edib ki, Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan gəmi kimyəvi maddələrin daşınması üçün yanvarın 4-də Petkim limanına yan alıb, amma Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "işçiləri gəminin limana buraxılmasına icazə verməyiblər".
Buna görə də "Palmali" şirkəti pozulmuş hüquqlarının bərpasını məhkəmədən tələb edəcək, cənab Mənsimov deyib.
"Borsalar birliyinə xəbər verəcəyik. Belə monopoliyalar yaratmaq doğru deyil. Bu mentalitelə açıq bazar şərtlərində həyatda işləyə bilməzlər", o əlavə edib.
SOCAR Türkiyə şirkətindən BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirlib ki, sözügedən gəminin "texniki xüsusiyyətləri standartlara uyğun olmaması səbəbiylə gəmi limana buraxılmayıb".
Qurumdan onu da deyiblər ki, bu çatışmazlıqlar əvvəl də bildirilsə də, aradan qaldırılmayıb və "gəminin buraxılması proseduralara uyğun olmayıb".
SOCAR deyir ki, "gəminin texniki xüsusiyyətləri standartlara uyğun olmadığından" gəmi limana buraxılmayıb.Palmalinin "borcu var"
Gəmidə heç bir qüsur olmadığını deyən Mübariz Mənsimov həmçinin Türkiyə və Azərbaycan mətbuatında yayılan xəbərləri təkzib edərək bildirib ki, mətbuatda Palmaliyə məxsus olan 14 gəminin SOCAR tərəfindən müsadirə olunması xəbərləri əsassızdır və onun şirkətinin SOCAR-a borcu yoxdur.
"Əksinə, Palmali şirkəti Azərbaycan Dövlət Neft Şirkətiylə ortaqlıqlarından ziyan çəkib", o deyib.
Azərbaycan Dövlət Neft şirkəti SOCAR isə BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, sözügedən 14 gəmi SOCAR tərəfindən müsadirə edilməyib, razılaşma əsasında satın alınıb. "SOCAR və Palmali Qrup arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmayıb", şirkət bildirib.
Bundan əlavə neft şirkətinin mətbuat xidmətindən bildiriblər ki, Palmali şirkətinin SOCAR-a külli miqdarda borcu var.
Palmali Holdingin rəhbəri isə deyir ki, bir neçə il əvvəl azərbaycanlı olduğu üçün Dövlət Şirkəti ilə birgə ortaq şirkət yaradıb.
Hisssələrin 65%-i SOCAR-a və 35%-i Palmali şirkətinə məxsus olub, amma iki il əvvəl Mübariz Mənsimov ortaqlığı tərk edib.
Mübariz Mənsimov iddia edib ki, SOCAR ortaqlıq sənədini hər dəfə "ailə üzvlərinin, tanışlarının adına dəyişdirib". Bundan "narahat olan" Palmali şirkətlər qrupu ortaqlıqdan vaz keçib. SOCAR bu iddiaları cavablandırmayıb.
Külli miqdarda borc məsələsinə gəlincə isə Mübariz Məsimov deyib ki, SOCAR-ın "Palmaliyə vurduğu zərər ortadadır, tam əksinə SOCAR-ın bizə borcu var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
32 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®




























