Gələn il Azərbaycan 241 gün işləyib, 124 gün istirahət edəcək
2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.
"Marja" xəbər verir ki, bu barədə nazirliyin saytında xəbər verilir.
2018-ci ilin İş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 8 Mart– Qadınlar günü, 20, 21, 22, 23, 24 mart –Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun tarixləri istirahət günləridir. 2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin İş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.
Sənəddə qeyd olunur ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü vardır (241+108+17+1+1-3 = 365).
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2018-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir (232 x 8 + 9 x 7 = 1919 saat).
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.
2018-ci ilin İş vaxtı normasında həmçinin bildirilir ki, Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün də 2018-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1919 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
Qeyd edək ki, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir. 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “2018-ci ilin İstehsalat təqvimi” bölməsində də təqdim olunur.
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
-
13 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
16 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
16 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
16 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 17 saat əvvəl
-
17 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 17 saat əvvəl
-
18 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
18 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Ən çox oxunanlar
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
















