Britaniya, 9 mindən artıq Azərbaycanlıya viza verməkdən imtina edib
2005-2016-cı illərdə Böyük Britaniyanın xarici ölkələrdəki konsulluqları Azərbaycan vətəndaşları tərəfindən edilən viza müraciətlər üzrə 82911 ərizəyə baxıb.
Onlardan 74038-ə viza verilsə də, 9078 ərizəci rədd cavabı alıb.
Son 12 ildə ən çox viza müraciəti 2014-cü ilə təsadüf edib. Həmin il 10099 ərizəyə baxılıb. Onlardan 9293 ərizəyə müsbət, 755-nə mənfi cavab verilib. 48 ərizə geri qaytarılıb, 3-ü isə vaxtı keçmiş hesab olunub.
2005-2016-cı illərdə viza üçün ən az müraciət 2005-ci ildə edilib. Həmin il Birləşmiş Krallığın konqulluqları Azərbaycan vətəndaşlarının 4447 viza müraciəti barədə qərar qəbul edib.
Məlumata görə, 2004-2016-cı illərdə Birləşmiş Krallığa 137650 Azərbaycan vətəndaşı daxil olub. Onlardan 55300 nəfəri ölkəyə turist və qonaq kimi gəlib. 46900 nəfər xarici ölkələrdə müvəqqəti olaraq qaldıqdan sonra Böyük Britaniyaya qayıdan Azərbaycan vətəndaşları olub. 27720 nəfərin ölkəyə səfəri işgüzar məqsədi daşıyıb.
Son 13 ildə Birləşmiş Krallığın dil kursları, kollec və universitetlərində təhsil almaq üçün 9120 azərbaycanlı bu ölkəyə daxil olub. 6020 nəfər isə tranzit sərnişin kimi Böyük Britaniyaya ayaq basıb. 1845 nəfər isə yüksək ixtisaslı mütəxəssis və investor bu ölkəyə işləmək və biznes qurmaq üçün gedib. 1740 nəfər isə “Ölkəyə girişinə icazə verilən digər şəxslər” kateqoriyasında (öz şəxsi vəsaitləri hesabına yaşıyan insanlar və onların ailə üzvləri, beynəlxalq təşkilatların üzvləri) qeyd edilib. Azərbaycanın 445 nəfər vətəndaşı isə Böyük Britaniyada məskunlaşmış şəxslərlə ailə həyatı qurub və yaşamaq üçün bu ölkəyə gedib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Milli Statistika İdarəsinin hesabatına əsasən, Azərbaycanın 36 vətəndaşı sərhəddəki nəzarət-buraxılış məntəqələrindən ölkəyə buraxılmayıb. 35 nəfər sərhəddə sığınacaq istəyib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























