Bakıda möhtəşəm göydələn tikiləcək - FOTOLAR
Azərbaycanın "Azinko Holding" şirkəti Bakıda Heydər Əliyev prospektində 50 mərtəbəli yeni göydələn tikməyə hazırlaşır.
Bu şirkətin bu prospektdə tikdiyi 2-ci 50 mərtəbəli bina olacaq.
Holdinqin direktor müavini Ağalar Allahyarov "Marja"ya bildirib ki, “Naxçıvan TOWER” adı verilmiş binanın tikintisinə 2018-ci ildə başlamaq və 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
"Bina iş mərkəzi, mənzillər və ticarət mərkəzini özündə birləşdirəcəkdir" - o deyib.
50 mərtəbəli bina 206 metr hündürlüyündə olacaqdır. Qeyd edək ki, hazırda şirkətin tikintisini apardığı binanın hündürlüyü 227 metrdir.
Qüllədə yerləşəcək alış-veriş mərkəzinin sahəsi 20 min kvadrat metr olacaqdır.
Həmçinin avtomobil dayanacağının sahəsi 20 min kv.m, ofislərin və rezidenslərin sahəsi isə 49 min kv.m təşkil edəcəkdir.
Holdinqin direktor müavini qeyd etdi ki, layihənin dəyəri təxminən 180-200 milyon manat civarındadır.
Hazırda Heydər Əliyev pr-də layihə üçün təklif edilən yerlərə baxılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti






























