14 ölkədən 70-ə yaxın şirkət Azərbaycana gəlir

Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə 28-30 noyabr 2017-ci il tarixlərində Baku Expo Mərkəzində “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si keçiriləcək.
Bununla yanaşı sərginin II günü, 29 noyabr 2017-ci il tarixində Baku Expo Mərkəzində “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcəkdir.
Qeyd edək ki, adı çəkilən sərginin açılışı saat 10:30-da, konfrans isə 13:30-da başlayacaq.
Sərginin açılışı mərasimində, habelə konfransda Komitə sədri Kərəm Həsənov, aidiyyəti xarici dövlət qurumlarının rəhbərləri, səfirliklərin və beynəlxalq şirkətlərin nümayəndə heyətləri iştirak edəcəklər.
Ötən il də uğurla təşkil olunan sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir.
Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq.
Sərgidə 14 ölkədən – Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan daxil olmaqla 70-ə yaxın şirkət iştirak edəcəkdir. Sərgi iştirakçıları tərəfindən 140-dan çox layihə nümayiş olunacaqdır. Qeyd edilməlidir ki, ötən il baş tutan sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib.
İştirakçılar üçün maraqlı olacaq pavilyonlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin pavilyonudur. Burada sahibkarlar və ölkəyə investisiya yatırmaqda maraqlı olan sərmayeçilər üçün özəlləşdirmə prosesi haqqında məlumatlar, komitənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara təqdim edilən elektron xidmətlər və bütün respublika üzrə torpaqların effektiv idarə edilməsində mühüm əhəmiyyət daşıyan torpaqların elektron uçotuna dair işlər barədə məlumatlar nümayiş etdiriləcəkdir. Ziyarətçilər komitənin göstərdiyi xidmətlər üzrə onları maraqlandıran istənilən suala operativ şəkildə cavab ala biləcəklər. Bunun üçün isə hüquqi yardım masası fəaliyyət göstərəcək.
Builki sərgidə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonların yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı yaradılacaq pavilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.
Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirimlər nəzərdə tutulub. Bununla yanaşı bir mənzil üzrə uduşlu lotareya keçiriləcək. Sözügedən layihələrlə yanaşı həmçinin dövlət sifarişi əsasında inşa edilən sosial mənzillər və Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələrin də təqdimatı olacaqdır. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və sərfəli variantları seçmək imkanı da qazandırır.
“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçiriləcək beynəlxalq konfransın məqsədi isə daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir.
Konfransda Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən, eləcə də xarici dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici biznes qurumlarından, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Qeyd edilməlidir ki, Sərgiyə ziyarətçilərin daşınması üçün xüsusi avtobuslar ayrılmışdır. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir Nərimanov Metro stansiyasının yaxınlığından (Mcdonalds-la üzbəüz) Baku Expo Mərkəzinə və əks istiqamətdə sərnişinlərin pulsuz daşınmasını həyata keçirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb
-
1 gün əvvəl
"EMBAFİNANS"ın 2 milyon manatlıq istiqrazları ilə bağlı qərar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Unibank” hər kəs üçün 1 günlük 0 % komissiyalı kredit aksiyası keçirir
-
1 gün əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz buraxılışı: İLLİK 10.5% GƏLİR TƏKLİF EDİR
- 1 gün əvvəl
-
1 gün əvvəl
İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET
- 1 gün əvvəl
Son Xəbərlər

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Kürdəmirdə Bostan Festivalı baş tutdu - FOTOLAR

Bir sıra avtobus marşrutları müsabiqəyə çıxarıldı

Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

Dövlət 2 bankda 330 milyon manat depozit yerləşdirdi
Ən çox oxunanlar

İri tikinti şirkətinə ustalar tələb olunur - 30 İYULDA OFİSİNƏ GET, İŞ ÜÇÜN MÜRACİƏT ET

Azərbaycanda kredit kartlarının sayı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Əhalinin banklarda 15 milyard manatdan çox əmanəti var

FİNCA yenidən borc alır - BORCVERƏNƏ İLLİK 15 FAİZ ÖDƏYƏCƏK

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapıtalı artırılıb

"Bu il Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər"
