Siqaret ixracı idxalın heç 1 faizi qədər deyil

Tütünçülüyü daha effektiv və gəlirli sahəyə çevirmək üçün nə tələb olunur? İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseynin bununla bağlı qeydlərini təqdim edirik.
Siqaret ixracı və idxalı arasında kəskin fərq var
Azərbaycan Respublikasına 2014-cü ildə 399,4, 2015-ci ildə 297,6 və 2016-cı ildə 153 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal olunub. Bu müddətdə həmin məhsulların ixracı isə müvafiq olaraq 12,7 milyon, 9,4 milyon və 8,9 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin 9 ayı üzrə olan məlumata görə, tütün və tütün məmulatlarının idxalı 115 milyon ABŞ dolları təşkil edib və onun ümumi idxalın strukturunda payı 1,86 faiz olub. Həmçinin bu müddətdə 9,8 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə ixrac 40 faiz artıb. Xam tütün ixracında isə 1,8 dəfə çox artım qeydə alınıb.
Qeyd etmək lazımdır ki, idxalda əsas yeri siqaretlər tutur. Belə ki, 2014-cü ildə ölkəmizə 390, 2015-ci ildə 287, 2016-cı ildə isə 147 milyon ABŞ dolları dəyərində siqaret idxal olunub. Yəni 2014-cü ildə idxal olunan tütün və tütünün sənaye əvəzedicilərinin 97,7 faizini, 2015-ci ildə 96,5 faizini, 2016-cı ildə isə 95,9 faizini siqaret təşkil edib. İxrac isə əsasən orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən ibarət olub. Azərbaycandan siqaret ixracı isə 2015-cı ildəki 2 milyon dollardan 2016-cı ildə 0,9 milyon dollaradək azalıb. Göründüyü kimi, siqaret ixracı idxalın heç 1 faizi qədər deyil. Halbuki Azərbaycanın yerli tütün xammalından siqaret istehsal etmək və bu sahədə ixracı artırmaq potensialı bundan qat-qat çoxdur.
Əgər yerli emal müəssisələri xammal kimi yerli tütündən istifadə edərsə, bu sahədə idxalın bir hissəsini əvəzləmək mümkündür. Çünki Azərbaycanın təbii-iqlim şəraiti tütün istehsalına imkan verir və SSRİ vaxtında bu sahədə ənənə formalaşıb.
Azərbaycan tütününün rəqabət qabiliyyətini necə artırmaq olar?
Məlumat üçün qeyd edək ki, 1986-cı ildə Azərbaycanda 16,7 min hektar sahədən 65,2 min ton tütün istehsal olunsa da (məhsuldarlıq 39 ha\sentner), sonrakı illər tütün istehsalında azalma müşahidə edilib. Bunun əsas səbəblərindən biri məhsuldarlığın aşağı düşməsi, fermerlərin keyfiyyətli və xəstəliyə davamlı tütün sortları ilə təmin edilməməsi və nəticədə rəqabətqabiliyyətli məhsul istehsalında ciddi problemlərin yaşanması idi. Son 15 ilin məlumatlarının təhlili də göstərir ki, Azərbaycanda tütün məhsulunun rəqabət qabiliyyəti aşağı olub və nəticədə bu sahəyə maraq azalmağa başlayıb.
2016-cı ildən tütün istehsalına diqqət artıb və bu sahəyə dövlət dəstəyi güclənib. Belə ki, tütünün satınalma qiyməti 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla, birinci növ yaş tütünün bir kiloqramına 25 qəpik (2015-ci ildə 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramına 15 qəpik (2015-ci ildə 8 qəpik) qiymət qoyulub. Ötən ildən etibarən emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi qərara alınıb. Respublika Komissiyasının 2017-ci il 10 fevral tarixli iclasında 7 rayonun 66 kənd ərazi komissiyası üzrə 195 tütün istehsalçısına 95,5 min manat məbləğində subsidiya verilməsi barədə müvafiq qərarlar qəbul edilib.
Bu və digər tədbirlər nəticəsində tütün istehsalında müəyyən irəliləyişə nail olunub. 2017-ci ilin 9 ayında ölkədə tütün istehsalı 3691 tona çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məsələsi qoyulub. Tütün istehsalının artması xüsusən Şəki-Zaqatala iqtisadi rayonundakı fermerlərin gəlirlərinə müsbət təsir göstərəcək. Çünki 2016-cı ilin məlumatına əsasən, ölkədə istehsal olunun tütünün 98,5 faizi Şəki-Zaqatala iqtisadi rayonun payına düşür. Bu iqtisadi rayonda Şəki xüsusən fərqlənir. Şəkili fermerlər ölkədə istehsal olunan tütünün 68 faizindən çoxunu istehsal edirlər. Növbəti beş ildə isə Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, təbii-iqlim şəraiti münasib olan digər bölgələrdə də tütün istehsalının artırılması nəzərdə tutulur.
Tütün istehsalçılarına güzəştli şərtlərlə kredit verilməsi lazımi səviyyədə deyil
Prezident İlham Əliyev bu il avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində tütünçülüyə də toxunaraq deyib: “Növbəti illərdə əkin sahələrini genişləndirmək lazımdır. Bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə, bu sahəyə xüsusi diqqət göstərilməlidir”.
Dövlətimizin başçısı bununla bağlı İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə müvafiq tapşırıqlar verib.
© Azərtac
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
-
1 gün əvvəl
İş icazəsi olan 1800 nədərdən çox əcnəbi Azərbaycanın tikinti sahəsində çalışır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
-
1 gün əvvəl
Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ
-
1 gün əvvəl
Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
-
1 gün əvvəl
VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib
Son Xəbərlər

Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda işsizlik səviyyəsi 5,2 faizdir

Azərbaycanda tikinti materiallarının istehsalı azlıb

Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ

Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
Ən çox oxunanlar

VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib

Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Dövlət büdcəsində 3 milyard 536 milyon manatlıq artıqlıq yaranıb

Putin, iqtisadiyyatı xeyli zəifləmiş vəziyyətdə Alyaskaya gəlir

Məzuniyyət, hesablanma qaydası və kompensasiya - VİDEO

“Olimp Construction” şirkətinin nizamnamə kapitalı 20 milyon manata yaxın azaldıldı

Bu il Azərbaycanda 1 milyon 583 min ton buğda istehsal olunub

Yaponiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən güclü artıb
