“Azərsu” 200-dən çox obyekt, 2 mindən çox evin sökülməsini istəyir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.
Bu haqda müraciət edən sahibkarlar bildirib ki, "Azərsu" ASC-nin onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: "Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş gəlir”.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyib. O, onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib:
" "Azərsu" ASC-ə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri var. Bu bizim işimizi kifayət qədər çətinləşdirir. Sumqayıtda elə ərazi var ki, “Azərsu” ASC-nin kanalizasiya lüku obyektin içərisində qalıb. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib. Hələki fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda "Azərsu" ASC əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb”.
Anar Cəbrayıllı bildirib ki, bu sahibkarların narazılığına səbəb olsa da, “Azərsu” ASC qanuna müvafiq addım atıb: “Həmin kommersiya obyektləri dövlətin streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Sahibkar obyekt inşa edərkən bunu bilməliydi. Hardakı qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında obyektlər inşa edilib və həmin obyektlər bizim işimizi çətinləşdirir, o kommersiya obyektlərinin sökülməsi üçün iddia qaldırılıb”.
O ki, qaldı sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyinə, “Azərsu” rəsmisi bunu belə şərh edib: “Biz məhkəmə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırmışıq. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq. Streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq”.
© Movqe.az
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
1 gün əvvəl
"Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik"
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndərin 102 illiyinə həsr olunmuş tədbir keçirilib
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
- 1 gün əvvəl
-
1 gün əvvəl
30 000 AZN mükafat fondu - Potensialı yüksək olan ideyalara dəstək göstəriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sement istehsalçısı "Holcim (Azərbaycan)" xalis mənfəətini bölüşdürəcək
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Son Xəbərlər

Hacıqabul Quşçuluq Şirkətində Ulu Öndərin 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Expressbank rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir

"Bakı Dəmir Beton-8" fəaliyyətini dayandıracaq
Ən çox oxunanlar

Baku Electronics-dən Qırmızı Xətt!

Balakəndə sərnişin kanat yolu tikiləcək - SƏRƏNCAM

Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi

Gömrük Komitəsidən “Lion Centre” açıqlaması - Qiymətlərin azaldılması, gömrük ödənişlərindən yayınma aşkar edilib

Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub
