Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın özəl nəqliyyat şirkəti Sumqayıtda yığılan 150 “BYD” elektrik avtobusu satın alır

“Faiqoğlu” və “AEAF” arasında 150 “BYD” elektrik avtobusunun satın alınması ilə bağlı niyyət protokolu imzalanıb
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın özəl nəqliyyat şirkəti Sumqayıtda yığılan 150 “BYD” elektrik avtobusu satın alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

17 noyabr tarixində “Hilton Baku” otelində “Faiqoğlu” şirkəti ilə "SARDA Group"un portfelinə daxil olan Azərbaycan Enerji Avtomobil Zavodu (Azerbaijan Energy Automotive Factory – “AEAF”) arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.

Marja xəbər verir ki, sənəd “Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov və “AEAF”in direktoru Tariyel Rüstəmov tərəfindən imzalanıb. Tədbirdə hər iki şirkətin müvafiq struktur bölmələrinin nümayəndələri, aidiyyəti qurumların təmsilçiləri və digər dəvətli qonaqlar iştirak ediblər.

Reklam_3_11

Niyyət protokoluna əsasən, Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən “AEAF”də yerli yığımı həyata keçirilən 150 yeni, tam elektrik mühərrikli “BYD” avtobusunun satın alınması nəzərdə tutulur.

Xüsusilə vurğulamaq lazımdır ki, “Faiqoğlu” şirkəti “AEAF” ilə əməkdaşlıq edən ilk özəl nəqliyyat şirkətidir. Bu tərəfdaşlıq yerli istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, özəl sektorun ölkədə elektrik nəqliyyatının inkişafına cəlb olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Razılaşma tərəflər arasında əməkdaşlığın inkişafı və ölkədə elektrik nəqliyyatının genişləndirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, iqtisadi və ekoloji inkişaf üçün yeni əməkdaşlıq perspektivləri açır.

Azərbaycanın yaşıl iqtisadiyyata keçid və dayanıqlı nəqliyyat sisteminin inkişafı üzrə dövlət strategiyasını dəstəkləyən bu əməkdaşlıq ölkəmizdə ekoloji təmiz ictimai nəqliyyatın inkişafına, nəqliyyat sektorunun elektrikləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək. Eyni zamanda, “AEAF”də yerli istehsalın genişləndirilməsi sənaye potensialının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və ölkədə dayanıqlı nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edəcək.

Faiqoğlu BYD elektrik avtobusları 150 BYD avtobusu Azərbaycan Enerji Avtomobil Zavodu AEAF SARDA Group Sumqayıt Sənaye Parkı Sumqayıtda avtobus yığımı elektrik avtobuslarının satın alınması Faiqoğlu və AEAF arasında niyyət protokolu Azərbaycanda elektrik avtobusları ictimai nəqliyyatın elektrikləşdirilməsi
18.11.2026 09:50
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19