“PAŞA Kapital” 2026-cı ilin 10 ayının nəticələrinə görə kapital bazarında lider mövqeyini qoruyub
Azərbaycanın kapital bazarının lider iştirakçılarından biri olan “PAŞA Kapital” İnvestisiya Şirkəti 2026-cı ilin ilk 10 ayını yüksək nəticələrlə başa vuraraq, əməliyyatların sayına və bir sıra əsas maliyyə alətləri üzrə ticarət dövriyyəsinə görə bazarda lider mövqeyini bir daha təsdiqləyib.
2026-cı ilin yanvar–oktyabr aylarında “PAŞA Kapital” 52 146 əməliyyat həyata keçirərək bütün investisiya şirkətləri arasında birinci yerdə qərarlaşıb. Şirkət birja üzvləri tərəfindən həyata keçirilən ümumi əməliyyatların təxminən yarısını (49,85%) təmin edərək bazarda lider mövqeyini qoruyub.
Hesab dövrünün yekunlarına əsasən, PAŞA Kapital aşağıdakı istiqamətlər üzrə ticarət dövriyyəsinə görə birinci yeri tutub:
· Dövlət istiqrazları– 2,73 milyard manat, 65, 21% bazar payı;
· Səhmlər– 1,5 milyard manat, 51, 09% bazar payı;
· Azərbaycan Respublikası Mərkəzi Bankının notları– 1,48 milyard manat, 43, 74% bazar payı;
· Korporativ istiqrazlar– 989,1 milyon manat, 37, 92% bazar payı.
Əldə olunan nəticələr “PAŞA Kapital”ın Azərbaycanın kapital bazarında güclü mövqeyini, müxtəlif maliyyə alətləri üzrə aktiv fəaliyyətini və investorların bazar imkanlarına çıxışının genişləndirilməsində rolunu nümayiş etdirir.
“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
6 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
6 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
7 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
8 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
8 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























