100 manatlıq istiqraz, illik 18 faiz gəlir
“International”ın 18 faizli istiqrazlarına ticarət icazəsi verilib — buraxılış 1 milyon manatdırBakı Fond Birjasının (BFB) Listinq Komitəsi 12 noyabr 2026-cı ildə bank olmayan kredit təşkilatı “International” ASC-nin 1 milyon manatlıq istiqraz buraxılışına ticarət icazəsi verib.
Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, buraxılış 10 min istiqrazdan ibarətdir. Hər bir istiqrazın ilkin ticarət qiyməti 100 manat, illik gəlirlilik dərəcəsi isə 18 faizdir.
İstiqrazların tədavül müddəti 36 aydır. Hesablanmış faizlər buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlar kütləvi təklif üsulu ilə rəqabətli hərracda yerləşdiriləcək. Buraxılışın ISIN kodu AZ2053021021, anderrayteri isə “PAŞA Kapital İ.Ş.” QSC-dir.
Ticarətə buraxılma tarixini emitent açıqlayacaq. Emissiya prospekti Bakı Fond Birjasının saytında “Emitentin profili” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
6 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
6 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
7 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
8 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
8 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























