ABŞ-də benzin ucuzlaşır – Qiymət iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb
ABŞ-də benzinin orta qiyməti son dörd ayda ilk dəfə bir qallon üçün 4 dollardan aşağı enib. Neftin ucuzlaşması və Yaxın Şərqdə geosiyasi gərginliyin azalacağına dair gözləntilər yanacaq qiymətlərinə təsir göstərib.
Marja.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına əsasən, noyabrın 10-da ABŞ üzrə adi benzinin orta pərakəndə satış qiyməti bir qallon üçün 3,9788 dollar təşkil edib.
Bu, 2026-cı ilin iyulundan bəri qeydə alınan ilk 4 dollardan aşağı göstəricidir.
Benzinin qiyməti son bir həftədə təxminən 17 sent, son bir ayda isə 39 sentə yaxın ucuzlaşıb.
Enerji qiymətlərinin artım tempi kəskin zəifləyib
Benzinin ucuzlaşması ABŞ-də enerji inflyasiyasının əhəmiyyətli dərəcədə səngidiyi dövrə təsadüf edir.
ABŞ Əmək Statistikası Bürosunun (BLS) məlumatına görə, oktyabrda enerji qiymətləri aylıq müqayisədə 0,7% artıb. Sentyabrda isə bu göstərici 5,2% təşkil etmişdi. Beləliklə, enerji qiymətlərinin aylıq artım tempi 4,5 faiz bəndi zəifləyib.
Benzin qiymətləri indeksi də oktyabrda 1% yüksəlib. Halbuki sentyabrda bu göstəricidə 9,1%-lik artım qeydə alınmışdı.
“Bespoke Investment Group” investisiya araşdırmaları şirkəti bildirib ki, benzinin ucuzlaşmasında neft qiymətlərinin geriləməsi ilə yanaşı, mövsümi amillər də rol oynayır.
Şirkətin qiymətləndirməsinə görə, ilin bu dövründə ABŞ-də benzin qiymətlərinin aşağı düşməsi normal mövsümi tendensiyadır.
Analitiklər qeyd edirlər ki, neftin ucuzlaşması yanacaqdoldurma məntəqələrində qiymətlərin azalmasına kömək etsə də, payız aylarında benzinin ucuzlaşması özü-özlüyündə qeyri-adi hal deyil.
Brent nefti avqustdan bəri ilk dəfə 90 dollardan aşağı düşüb
ABŞ-də benzin qiymətlərinin enməsi beynəlxalq neft bazarında kəskin ucuzlaşma ilə müşayiət olunub. Noyabrın 10-da Brent markalı neftin qiyməti avqustdan bəri ilk dəfə qısa müddətə bir barel üçün 90 dollardan aşağı düşüb.
Buna ABŞ Prezidenti Donald Trampın İranla təxminən doqquz aydır davam edən münaqişənin başa çata biləcəyinə dair açıqlamaları təsir göstərib.
İnvestorlar Vaşinqton və Tehran arasında gərginliyin azalmasının Yaxın Şərqdən neft tədarükü ilə bağlı riskləri zəiflədə biləcəyini qiymətləndirirlər.
Fars körfəzindən neft ixracının tədricən bərpası da qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir.
“ING” bankının hesablamalarına görə, regiondan neft ixracı, boru kəmərləri vasitəsilə daşımalar da nəzərə alınmaqla, müharibədən əvvəlki səviyyənin təxminən 80–85%-nə qayıdıb.
Bu isə qlobal neft bazarında təklif çatışmazlığı ilə bağlı narahatlıqları müəyyən qədər azaldıb.
“ING” analitikləri bildiriblər ki, Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər enerji bazarlarında geosiyasi risk mükafatını aşağı salır.
Bankın qiymətləndirməsinə görə, Fars körfəzindən neft tədarükünün bərpası fonunda xam neft ucuzlaşmaqda davam edir, Avropada təbii qaz qiymətləri də aşağı düşür.
FED-dən xəbərdarlıq: Enerji qiymətlərinin inflyasiyaya təsiri davam edə bilər
Enerji qiymətlərinin son günlərdə azalmasına baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmiləri inflyasiya risklərinin tam aradan qalxmadığını bildirirlər.
FED-in İdarə Heyətinin üzvü Kristofer Uoller (Christopher Waller) noyabrın 10-da xəbərdarlıq edib ki, enerji bazarlarında qiymət şoklarının inflyasiyaya təsiri COVID-19 pandemiyasından əvvəlki dövrlə müqayisədə daha uzunmüddətli ola bilər.
Uoller enerji qiymətlərinin son bir həftə ərzində yüksək səviyyələrdən geriləməsini müsbət qiymətləndirsə də, onların ilin əvvəli ilə müqayisədə hələ də xeyli yüksək olduğunu vurğulayıb.
FED rəsmisinin sözlərinə görə, enerji qiymətlərinin inflyasiyaya yekun təsiri onların qarşıdakı dövrdə hansı səviyyədə sabitləşməsindən asılı olacaq.
Beləliklə, ABŞ-də benzinin ucuzlaşması istehlakçıların yanacaq xərclərini müəyyən qədər azaltsa da, enerji qiymətlərinin ümumi inflyasiya üzərindəki təsiri FED-in pul-kredit siyasəti baxımından mühüm risk amili olaraq qalır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 11 d. əvvəl
-
19 d. əvvəl
ABŞ-də benzin ucuzlaşır – Qiymət iyuldan bəri ilk dəfə 4 dollardan aşağı düşüb
- 22 d. əvvəl
-
34 d. əvvəl
“Nvidia”nın da sərmayə qoyduğu süni intellekt şirkətinin dəyəri 20 milyard dollara çatıb
-
40 d. əvvəl
Sinqapur 500 tonluq qızıl anbarı açıb – Dünya bazarından daha böyük pay istəyir
-
50 d. əvvəl
ABŞ-də inflyasiya gözləniləndən yüksəkdir – FED dekabrda faizləri artıra bilər
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
Türkiyədə pendirlərlə bağlı yeni qadağalar – İstehsal, etiketləmə və satış qaydaları dəyişdirildi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
“Qala Həyat”ın ödənişləri 76% artıb
Rəsmi məzənnələr açıqlandı
Türkiyədə pendirlərlə bağlı yeni qadağalar – İstehsal, etiketləmə və satış qaydaları dəyişdirildi
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
“A-Qroup”un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb



























