Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib

AzVak-mobil_resmin_ustu_31
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

NEQSOL Holding “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “YAŞAT Kuboku” adlı xeyriyyə turniri təşkil edib.

Turnirdə Holdinqin tərkibindəki şirkətləri, “YAŞAT” Fondunu, digər şirkət və təşkilatları təmsil edən əməkdaşlardan, eləcə də fərdi iştirakçılardan ibarət 32 komandada 200-dək şəxs iştirak edib.

Turnirin əsas məqsədi şəhid ailələrinin üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək göstərilməsi üçün “YAŞAT” Fonduna ianələrin cəlb edilməsi olub. Turnirdə komandalarla təmsil olunan şirkətlər tərəfindən Fonda ümumilikdə 150 min manat məbləğində ianə edilib.

Komandalar 48 sualı cavablandıraraq biliklərini, düşünmə və komanda şəklində işləmə bacarıqlarını nümayiş etdiriblər. Sualların hazırlanması, cavabların yoxlanılması və yarışın idarə olunması bu məqsədlə cəlb edilmiş təcrübəli mütəxəssislər və münsiflər heyəti tərəfindən həyata keçirilib. Qalib komandalar medal və sertifikatlarla, birinci yeri tutan komanda isə “YAŞAT Kuboku” ilə təltif edilib.

NEQSOL Holding “YAŞAT” Fondu ilə uzunmüddətli əməkdaşlıq edir. 2021-ci ildən etibarən Holdinqin qərarı ilə onun tərkibindəki Azerconnect Group, Bakcell, Norm, Nobel Energy və digər şirkətlər tərəfindən Fonda ümumilikdə 4 milyon manat vəsait ayrılıb.

Əməkdaşlıq çərçivəsində səhiyyə, təhsil, məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin ödənilməsi istiqamətlərində, eləcə də “Məktəbli ləvazimatları”, “YAŞAT” Yay Düşərgəsi, Almaniya və Böyük Britaniyada yay məktəbləri, “Hədiyyə Karvanı” və “Zərif Görüş” kimi layihələrə dəstək göstərilib.

Ümumilikdə, bu əməkdaşlıq çərçivəsində 5 000-dən çox şəxsə dəstək göstərilib və onların bir çoxu bu dəstəkdən bir neçə dəfə faydalanıb. 2025-ci ildə 2 000-dən çox, 2026-cı ildə isə 2 500-dək şəxsə dəstək göstərilib.

NEQSOL Holding-in “YAŞAT” Fondu ilə uzunmüddətli əməkdaşlığı və həyata keçirilən sosial layihələr 3I – Initiativs Impact Index layihəsi çərçivəsində ən yüksək dərəcəyə layiq görülüb.

Belə ki, 2026-cı ilin iyun-avqust aylarında SIAR Research and Consulting Group özünün korporativ sosial məsuliyyət (KSM) layihəsi olan 3I – Initiativs Impact Index çərçivəsində Azərbaycanda dərc olunmuş 132 KSM təşəbbüsünü qiymətləndirib. “YAŞAT” Fondu ilə NEQSOL Holding-in uzunmüddətli əməkdaşlığı mövsüm ərzində qiymətləndirilən 132 təşəbbüs arasında ən yüksək “Flagship” reytinqinə layiq görülən yeganə təşəbbüs olub.

NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

07.11.2026 15:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19