“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
Azərbaycanda investisiya savadlılığının artırılması üçün yeni təşəbbüs: “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi əməkdaşlıq edəcək.Azərbaycanda investorların biliklərinin artırılması üçün yeni addım
Azərbaycanın kapital bazarlarının inkişafında və investisiya ekosisteminin formalaşmasında mühüm rol oynayan “PAŞA Kapital” İnvestisiya Şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov imzalayıblar.
İmza mərasimində hər iki qurumun nümayəndələri iştirak edərək əməkdaşlığın əsas istiqamətləri və gələcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Əməkdaşlığın əsas məqsədi maliyyə savadlılığının artırılması, investisiya mədəniyyətinin inkişafı və innovativ təşəbbüslərin dəstəklənməsidir. Həmçinin memorandum çərçivəsində geniş ictimaiyyət üçün maliyyə və investisiya sahəsində birgə təlimlərin, seminarların, ustad dərslərinin və mentorluq proqramlarının təşkili nəzərdə tutulur.
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin məhsul və xidmətləri, həmçinin fəaliyyəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
1 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
-
3 saat əvvəl
Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
-
4 saat əvvəl
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Azərbaycanın dövlət şirkəti xaricdə ilk şirkətini yaradıb
























