Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjasında (BFB) ticarət olunan “PAŞA Bank” ASC-nin səhmlərinin qiymətində oktyabr ayında yüksəliş müşahidə olunub.

Marja.az xəbər verir ki, 20 oktyabr 2026-cı il tarixinə olan açıq bazar məlumatına əsasən, bankın bir səhminin ortaçəkili qiyməti (istinad qiyməti) 54,92 manat təşkil edib. “PAŞA Bank” ASC-nin səhmləri orta istinad qiyməti (İQ) Oktyabr ayının ötən dövrü ərzində təxminən 5 faiz bahalaşıb. Oktyabrın 1-də orta istinadən qiyməti 52,33 manat təşkil etmişdi. 

Reklam_3_11

Qeyd edək ki, PAŞA Bank səhmlərinin iyun ayında keçirilmiş ilkin kütləvi təklif (IPO) zamanı yerləşdirmə qiyməti 55 manat olub. Səhmlərin istinad qiyməti İyulun 7-də isə bu göstərici 55,65 manata yüksəlmişdi, 28 sentyabrda 52,28 manatadək düşmüşdü. 

Dünən “PAŞA Bank” səhmlərinin alış qiyməti 54,10 manat, satış 55 manat təşkil edib. 

PAŞA Bank səhmləri 19 oktyabr 2026-cı il tarixi ilə müqayisədə 20 oktyabr 2026-cı il tarixində təxminən 0.79 faiz bahalaşıb. 

Son məlumatlar qiymət göstəricisi bankın səhmlərinin ilkin yerləşdirmə qiymətinə yaxınlaşdığını göstərir.

Dividend ödənişi investorların diqqət mərkəzindədir

PAŞA Bank-ın səhmləri üzrə ticarətə təsir göstərə biləcək mühüm amillərdən biri bankın növbəti dividend ödənişidir. Bank 2025-ci ilin maliyyə nəticələri üzrə dividend ödənişinin ikinci mərhələsini elan edib. Hər səhmə təxminən 2,86 manat dividend düşür. Ödənişin 30 oktyabr 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulur. 54,57 manatlıq istinad qiyməti əsasında hesablandıqda, bir səhmə düşən 2,86 manat dividend təxminən 5,24 faizlik dividend gəlirliliyinə bərabərdir.

Lakin bu göstərici səhmin gələcək ümumi investisiya gəlirliliyi demək deyil. Dividend ödənişindən sonra səhmin bazar qiyməti dəyişə bilər. Həmçinin investorun faktiki gəlirliliyi səhmi hansı qiymətə əldə etməsindən, sonradan hansı qiymətə satmasından və əməliyyat xərclərindən asılıdır.

PAŞA Bank-ın IPO-suna 66 milyon manatdan çox sifariş verilmişdi

Xatırladaq ki, PAŞA Bank-ın səhmlərinin ilkin kütləvi təklifi 19 iyun 2026-cı ildə (listinq tarixi) başa çatıb. IPO çərçivəsində hər biri 55 manat olmaqla 932 min 926 ədəd adi səhm yerləşdirilib. Yerləşdirmənin ümumi məbləği 51 milyon 310 min 930 manat təşkil edib. Bankın rəsmi məlumatlarına əsasən, IPO çərçivəsində ümumilikdə 66 milyon 296 min 120 manatlıq sifariş daxil olub. Abunə yazılışında 17 min 960 investor iştirak edib. Bu isə təklif olunan səhmlərin dəyərindən təxminən 29,2 faiz artıq tələbin formalaşdığını göstərir.

PAŞA Bank səhmləri üzrə təkrar bazar ticarəti investorların bankın gələcək maliyyə nəticələri, dividend siyasəti və səhmlərin bazar qiyməti ilə bağlı gözləntilərinin formalaşması baxımından əhəmiyyət daşıyır.

PAŞA Bank səhmləri PAŞA Bank səhmlərinin qiyməti Bakı Fond Birjası BFB səhm bazarı səhmlərin bahalaşması IPO səhmlərin ticarəti dividend PAŞA Bank dividend 2026 qiymətli kağızlar bazarı səhm investisiya
21.10.2026 16:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19