“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Azərbaycan şirkəti ayda 750 ton istehsal gücünə malik kompleksinin məhsullarını nümayiş etdirdi. Azərbaycan şirkəti məşhur Avropa brendinin məhsullarını ölkədə istehsal edir/Ölkə iqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrlə seçilən "Cahan Şirkətlər Qrupu” 14–16 oktyabr 2026-cı il tarixlərində "BakuBuild” beynəlxalq tikinti sərgisində təmsil olunub. Holdinqin tərkibindəki "BE Group” şirkətinin sərgidə təqdim etdiyi məhsullar və innovativ həllər ziyarətçilərin diqqətini cəlb edib.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə "BE Group”un "BE Pen” və "Winlab” markaları, eləcə də şirkətin Azərbaycanda rəsmi istehsalçısı olduğu "Winsa” brendi nümayiş etdirilib. Sərgi çərçivəsində məhsullarla tanış olan sahibkarlar və şirkət nümayəndələri ilə əməkdaşlıq imkanları ətrafında ilkin danışıqlar aparılıb.
Sənaye istehsalı və beynəlxalq keyfiyyət standartları
"BE Group”un təqdimatında xüsusi yer tutan "BE Pen” məhsulları Cahan sənaye kompleksində istehsal olunur. 20 000 m² qapalı sahəyə və aylıq 750 ton istehsal gücünə malik kompleksdə müasir texnologiyalar əsasında hazırlanan məhsullar dünya standartlarına uyğunluğu, keyfiyyəti, funksionallığı və ekoloji cəhətdən təhlükəsiz olması ilə seçilir. (ISO 14001)
Sərgi iştirakçılarına "BE Pen” markasına məxsus Dominant 70, Dominant 60 və Renessans 60 PVC profil sistemləri həm rəqəmsal, həm də fiziki formatda təqdim edilib. Bu yanaşma ziyarətçilərə məhsulların xüsusiyyətləri ilə ətraflı tanış olmaq imkanı yaradıb.
Beynəlxalq təcrübə və yerli istehsalın vəhdəti
Dünya miqyasında tanınan Belçikanın "Deceuninck” şirkətinin "Winsa” brendinin Azərbaycandakı rəsmi istehsalçısı (03.08.2026 Naxçıvan razılaşma müqaviləsinə əsasən) olan "BE Group” sərgidə bu markanın PVC profil sistemlərini də nümayiş etdirib. Təqdimat yerli istehsal imkanlarının beynəlxalq təcrübə ilə birləşdirilməsini və tikinti sektoru üçün məhsul çeşidinin genişliyini ön plana çıxarıb.
"BE Group”un tərkibində fəaliyyət göstərən "Winlab” isə rəsmi qapı və pəncərə emalatxanası kimi təqdim olunub. Avtomatlaşdırılmış istehsal prosesi əsasında fəaliyyət göstərən emalatxana yüksək sürət və keyfiyyət prinsiplərini əsas götürür.
Rəqəmsal həllər və müasir təqdimat
"BE Group”un "BakuBuild” sərgisindəki stendi məhsul çeşidi ilə yanaşı, detallı təqdimatı və rəqəmsal həlləri ilə də fərqlənib. İstehsal imkanlarının, məhsul xüsusiyyətlərinin və texnoloji yanaşmaların əyani və rəqəmsal formatda nümayişi markaların potensial tərəfdaşlarla daha yaxından tanışlığına şərait yaradıb.
Qeyd edək ki, stendi Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri və "Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov da ziyarət edib, innovativ həllər, gələcək addımlar barədə tövsiyə və göstərişlərini verib.
"Cahan Şirkətlər Qrupu”nun "BakuBuild” sərgisində iştirakı holdinqin sənaye istehsalının inkişafı, müasir texnologiyaların tətbiqi və yerli məhsulların bazarda mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətinin növbəti addımı olub.
Xatırladaq ki, "Cahan Şirkətlər Qrupu” 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir.
"Cahan Şirkətlər Qrupu” avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
29 d. əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 47 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
-
2 saat əvvəl
Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
-
3 saat əvvəl
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Azərbaycanın dövlət şirkəti xaricdə ilk şirkətini yaradıb

























