970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda qaz istehlakını azaldacaq yeni layihə – Kapital Bank maliyyələşdirdi

Kapital Bank-ın maliyyələşdirdiyi layihə ilə ildə 50 min kubmetr qaza qənaət ediləcək
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda qaz istehlakını azaldacaq yeni layihə – Kapital Bank maliyyələşdirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib.

Bankın yaydığı məlumatda bildirilir ki, günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihənin nəticəsində ildə təxminən 50 000 kubmetr təbii qaza qənaət edilməsi və 100 ton karbon emissiyasının qarşısının alınması gözlənilir.

Reklam_3_11

Layihə bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılmasını nəzərdə tutur. Gözlənilən nəticələr enerji resurslarından daha səmərəli istifadəyə və ətraf mühitə təsirin azaldılmasına töhfə verəcək.

İlk layihənin maliyyələşdirilməsi Kapital Bank və EMTA arasında imzalanmış əməkdaşlıq müqaviləsinin praktik mərhələyə keçdiyini göstərir. Müqavilə Enerji effektivliyi fondunun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin həyata keçirilməsi üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Fondun vəsaiti hesabına maliyyələşdirilən ilk layihə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Kapital Bank yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bank sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi təşəbbüsləri də dəstəkləyir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. 

Kapital Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi EMTA Enerji effektivliyi fondu Kapital Bank yaşıl maliyyələşmə günəş panelləri günəş enerjisi bərpa olunan enerji enerji effektivliyi güzəştli kreditlər təbii qaza qənaət 50 min kubmetr təbii qaz 100 ton karbon emissiyası yaşıl iqtisadiyyat ekoloji layihələr PAŞA Holding.
19.10.2026 15:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19