Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur

Apple-ın rəsmi tərəfdaşı Azərbaycanda mağazalar şəbəkəsini genişləndirir – Gəncədə yeni mağaza açılır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Apple-ın Azərbaycandakı rəsmi tərəfdaşı, Apple Premium Partner statusuna malik iSpace mağazalar şəbəkəsini genişləndirir. Şirkət Gəncə şəhərində yeni mağazasını istifadəyə verməyə hazırlaşır.

Marja.az xəbər verir ki, yeni mağaza Gəncə Mall ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərəcək.

Reklam_3_11

Şirkətin sosial şəbəkədə yaydığı məlumata əsasən, yeni mağazanın açılışı münasibətilə 22–25 oktyabr 2026-cı il tarixlərində xüsusi kampaniya keçiriləcək.

Mağazada müştərilər Apple ekosisteminə daxil olan cihazlarla yaxından tanış ola, məhsulları sınaqdan keçirə və mütəxəssislərdən peşəkar məsləhətlər ala biləcəklər.

Açılış kampaniyası çərçivəsində iSpace loyallıq kartı ilə alış-veriş edən müştərilərə 7% qənaət imkanı və ya 18 ayadək faizsiz taksit şərtləri təklif olunur.

Gəncədə yeni mağazanın açılması iSpace-in Azərbaycanın paytaxtından kənarda da pərakəndə satış fəaliyyətini genişləndirmək istiqamətində növbəti addımıdır.

Şirkətin rəsmi saytında təqdim olunan məlumatlara əsasən, iSpace-in Bakıda Gənclik Mall, Dəniz Mall, Park Bulvar Mall, 28 Mall və Port Baku Mall ticarət mərkəzlərində, eləcə də İnşaatçılar ərazisində mağazaları fəaliyyət göstərir.

Xatırladaq ki, iSpace bir nüçə gün öncə Bakının Gənclik Mall ticarət mərkəzində də yeni mağazasını açıb. Həmin mağazanın açılışı münasibətilə müştərilərə Visa kartları ilə 15% endirim, 18 ayadək taksit və Wallet ödənişlərinə 5% keşbek imkanları təqdim olunmuşdu.

iSpace Azərbaycan iSpace Gəncə Apple Azərbaycan Apple Premium Partner Gəncə Mall iSpace yeni mağaza Apple mağazası iPhone Azərbaycan Apple məhsulları iSpace endirim 18 ay taksit Apple satış şəbəkəsi
19.10.2026 14:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19