970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib

AzVak-mobil_resmin_ustu_31
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın ixracının strukturunda ciddi dəyişiklik baş verib. Ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. Bu artımda əsas rol qızıl ixracının payına düşüb.

Marja.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illərin ilk 9 ayı üzrə xarici ticarət statistikasının müqayisəsi nəticəsində məlum olub.

Reklam_3_11

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın ümumi ixracı 23 milyard 864 milyon 747 min ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 258 milyon 253 min dollar və ya 28,3% çoxdur.

Hesabat dövründə neft-qaz sektoruna daxil olan malların ixracı 17 milyard 213 milyon 174 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 15 milyard 957 milyon 329 min dollar olmuşdu. Beləliklə, neft-qaz sektoru üzrə ixrac 1 milyard 255 milyon 845 min dollar və ya 7,9% artıb.

Qeyri-neft ixracı 151% artıb – Əsas pay qızıla məxsusdur

2026-cı ilin ilk 9 ayında neft-qaz sektoruna daxil olmayan malların ixracı 6 milyard 651 milyon 573 min dollara çatıb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 2 milyard 649 milyon 165 min dollar təşkil etmişdi. Beləliklə, qeyri-neft sektoru üzrə ixrac 4 milyard 2 milyon 408 min dollar və ya 151,1% artıb.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 25,36 ton işlənməmiş, yarımişlənmiş və ya toz şəklində qızıl ixrac olunub. Bu ixracın statistik dəyəri 3 milyard 781 milyon 575 min dollar təşkil edib. Qızıl ümumi ixracın 15,85%-ni, neft-qaz sektoruna daxil olmayan malların ixracının isə 56,85%-ni təşkil edib.

Bununla belə, 2026-cı ildə qeydə alınan qızıl ixracının dəyəri qeyri-neft sektoru üzrə ixracda ümumi illik artım məbləğinin təxminən 94,5%-nə bərabərdir. Bu isə qeyri-neft ixracının kəskin artımının əsasən qızıl ixracı ilə əlaqəli olduğunu göstərir.

Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib

Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar–sentyabr ayları üzrə statistikasının təhlili göstərir ki, Azərbaycanın qeyri-neft ixracında qeydə alınmış 151,1%-lik artımın əsas hissəsi qızıl ixracının payına düşüb. Qızılın dəyəri çıxıldıqda isə digər qeyri-neft məhsullarının ixracında artım xeyli zəif görünür. 2026-cı ilin ilk 9 ayında Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracı 6 milyard 651 milyon 573 min ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 2 milyard 649 milyon 165 min dollar idi. Beləliklə, qeyri-neft ixracı illik müqayisədə 4 milyard 2 milyon 408 min dollar və ya 151,1% artıb. Lakin 2026-cı ildə qeyri-neft ixracının 3 milyard 781 milyon 575 min dolları yalnız qızılın payına düşüb. Bu məbləği ümumi qeyri-neft ixracından çıxdıqda digər məhsullar üzrə ixracın 2 milyard 869 milyon 998 min dollar olduğu müəyyən edilir. Bu göstərici 2025-ci ilin ümumi qeyri-neft ixracından 220 milyon 833 min dollar və ya 8,3% yüksəkdir.

Xam neft ixracının dəyəri artıb, təbii qaz ixracı azalıb

2026-cı ilin ilk 9 ayında Azərbaycandan 15 milyon 829 min 590 ton xam neft ixrac edilib. Bunun statistik dəyəri 10 milyard 103 milyon 483 min dollar olub. 2025-ci ilin eyni dövründə isə 16 milyon 996 min 208 ton xam neft 8 milyard 938 milyon 865 min dollara ixrac edilmişdi. Beləliklə, xam neft ixracı fiziki həcmdə 6,9% azalsa da, dəyər ifadəsində 13% artıb.

Təbii qaz ixracında isə həm fiziki həcmdə, həm də dəyərdə azalma qeydə alınıb. 2026-cı ilin yanvar–sentyabr aylarında 17 milyard 994 milyon kubmetr təbii qaz 6 milyard 448 milyon 684 min dollar dəyərində ixrac edilib. 2025-ci ilin müvafiq dövründə 18 milyard 528 milyon kubmetr qaz 6 milyard 698 milyon 558 min dollara satılmışdı. Beləliklə, qaz ixracı fiziki həcmdə 2,9%, dəyər baxımından isə 3,7% azalıb.

Şəkər, alüminium və meyvə-tərəvəz ixracında artım

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 671 milyon 397 min dollar dəyərində tərəvəz və meyvə ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% çoxdur.

Pomidor ixracı 157 milyon 172 min dollardan 172 milyon 340 min dollara, meşə fındığı ixracı isə 100 milyon 441 min dollardan 116 milyon 521 min dollara yüksəlib.

Şəkər ixracında da ciddi artım qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk 9 ayında 46 milyon 741 min dollar dəyərində şəkər ixrac edildiyi halda, 2026-cı ilin eyni dövründə bu məbləğ 112 milyon 380 min dollara çatıb. Artım 140,4% təşkil edib.

Alüminium və ondan hazırlanan məmulatların ixracı isə 155 milyon 789 min dollardan 219 milyon 607 min dollara yüksələrək 41% artıb.

Pambıq lifi ixracı 136 milyon 472 min dollardan 152 milyon 136 min dollara, pambıq iplik ixracı isə 24 milyon 629 min dollardan 36 milyon 247 min dollara çatıb.

Bunun əksinə, plastmassa və ondan hazırlanan məmulatların ixracı 286 milyon 606 min dollardan 261 milyon 571 min dollara düşərək 8,7% azalıb.

Azərbaycanın ixracı 2026 qeyri-neft ixracı qızıl ixracı Azərbaycan Dövlət Gömrük Komitəsi DGK Əlavə 3 xam neft ixracı təbii qaz ixracı şəkər ixracı alüminium ixracı pambıq ixracı meyvə-tərəvəz ixracı
19.10.2026 12:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19