Bal 20 manata, yoxlanması10 manata!

Hər birimiz bal alarkən, ilk növbədə, onun keyfiyyəti ilə maraqlanırıq. Bilmək istəyirik ki, təmiz baldır, yoxsa qarışığı var? Bal seçmək üçün bir sıra üsullar da mövcuddur: qaşığa götürüb süzmək, yandırıb yoxlamaq, dadına baxmaq və s. Lakin bunların heç biri yetərli olmur. Yaxşısı budur ki, Bakıda hər il keçirilən yarmarkaya gedib balı oradan alın. Bu yarmarka keyfiyyətli bal almaq üçün etibarlı məkandır. Çünki yarmarkaya çıxarılan arı məhsulları qabaqcadan Respublika Baytarlıq Laboratoriyasında yoxlanılır.
Arı məhsullarının növbəti satış-yarmarkası oktyabrın 10-da açılacaq. Təqdim olunan bal nümunələri laboratoriyada hərtərəfli yoxlanılır. Müxbirimiz yarmarkaya çıxarılacaq balın müayinə prosesini izləmək, eləcə də “aldığım bal keyfiyyətsiz çıxdı” deyə düşünənlərin şübhəsini aradan qaldırmaq üçün Baytarlıq şəhərciyində yerləşən Respublika Baytarlıq Laboratoriyasına baş çəkib.
Laboratoriya təminat verir: bal yarmarkasına yalnız keyfiyyətli məhsullar çıxarılacaq
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyevlə birgə laboratoriyaya daxil olduq. Yarmarka üçün göndərilən arı məhsullarının müayinəsinin son günü olmasına baxmayaraq, Respublika Baytarlıq Laboratoriyasında qızğın iş gedirdi. Arıçıların müxtəlif bölgələrdən gətirdikləri məhsullar müasir qurğularda müayinədən keçirilir, sertifikatlaşdırılır. Fizuli müəllim söhbət zamanı bildirir ki, sentyabrın 19-dan etibarən laboratoriyada iqtisadi rayonlar üzrə kodlaşdırılaraq gətirilən arıçılıq məhsulları analizdən keçirilir. Məqsəd yarmarkaya keyfiyyətli məhsulların çıxarılmasını təmin etməkdir.
Satış yarmarkasına təqdim olunan 130 tonadək balın təxminən 20 tonu çıxdaş edilib
Budəfəki yarmarkaya nə qədər bal çıxarılacağını soruşuruq. Fizuli Quliyev deyir ki, laboratoriyaya 3367 nümunə daxil olub. Anbara təxminən 130 tona yaxın bal təhvil verilib. Bu nümunələrdən 509-u, yəni 20 tona yaxını keyfiyyət standartlarına uyğun gəlməyib və təşkilatçılar bu barədə məlumatlandırılıb. Həmin ballar satışa buraxılmayacaq, yarmarka başa çatana qədər anbarda saxlanılacaq.
Bal nümunəsinin hansı parametrlər üzrə yoxlanıldığı ilə maraqlanırıq. Laboratoriyanın direktoru bildirir ki, müayinə zamanı balda suyun miqdarı, turşuluq, refraksiya, diastaz, invertaz və oksitaz-fosfataz reaksiyası aparılır. Nümunə hər hansı bir göstəriciyə uyğun gəlməsə, o, standarta uyğun olmayan məhsul kimi çıxdaş edilir.
Müsahibim əminliklə vurğulayır ki, yarmarkaya gələnlər aldıqları məhsulun keyfiyyətindən tam arxayın ola bilərlər. Laboratoriya əməkdaşları müayinəni dəqiqliklə aparırlar ki, insanlar aldıqları bala görə peşman olmasınlar.
Yarmarkanın ünvanı: Xətai rayonu, Nobel prospekti, 23
Laboratoriyadan çıxıb Kənd Təsərrüfatı Nazirliyinə yollanırıq. Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyevlə görüşüb, yarmarkaya hazırlığın vəziyyəti ilə maraqlanırıq. Şöbə müdiri məlumat verir ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) təşkil olunacaq. İzafi vaxt itkisinə yol verməmək üçün arıçılıq məhsullarının anbara qəbulu əvvəlcədən müəyyənləşdirilən cədvəl əsasında aparılıb – məhsullar iqtisadi rayonlardan müəyyən ardıcıllıqla qəbul olunub.
Satış yerləri püşkatma əsasında müəyyənləşdiriləcək
Arıçılıq məhsullarının sərgi-satış yarmarkası həm paytaxt sakinlərinin keyfiyyətli balla təmin olunması, həm də arıçılığın inkişafı baxımından faydalıdır. Bu barədə danışan şöbə müdiri qeyd edir ki, hazırda hər bir məhsulun istehsalına beynəlxalq təcrübəyə uyğun dəyər zənciri yanaşması tətbiq olunur. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası da bu sahədə tam dəyər zənciri yanaşmasının bariz nümunəsidir. “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il təşkil olunan yarmarka artıq ənənə halını alıb. Növbəti yarmarkaya hazırlıq işləri başa çatmaq üzrədir. Oktyabrın 2-dək, yəni məhsulun qəbul olunduğu son günədək 336 arıçı qeydiyyatdan keçib, onların təqdim etdikləri arı məhsullarından nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Hazırda yarmarka məkanında satış pavilyonları təşkil edilir, qeydiyyat aparılır, səliqə-səhman yaradılır. Yarmarkada peşəkar, yüksəkkeyfiyyətli bal istehsal edən arıçıların iştirakı təmin olunacaq. Oktyabrın 9-da satış yerlərinin püşkatması keçiriləcək. Əvvəlcə iqtisadi rayonlar arasında satış pavilyonundakı yerlərin püşkü atılacaq, sıralama müəyyən olunacaq. Sonra isə iqtisadi rayonlardan gəlmiş arıçıların satış yerinin nömrələri üzrə püşk atılacaq. Burada bütün arıçılar iştirak edəcək və proses tam şəffaf olacaq”, - deyə Q.Əbdüləliyev bildirir.
Onu da öyrəndik ki, anbara yığılan keyfiyyətsiz ballara yarmarka dövründə ciddi nəzarət olunması məqsədilə burada videokameralar və lazer nəzarəti sistemi quraşdırılacaq. Gecələr növbətçilik təşkil ediləcək. Lazer nəzarət sistemi baş verəcək hər dəyişiklik barədə SMS vasitəsilə cavabdeh şəxslərə məlumat ötürəcək.
Yenilik: bal yarmarkasında ilk dəfə mini laboratoriya təşkil olunacaq
Nazirliyin rəsmisi ilk dəfə bu il tətbiq olunacaq yenilikdən də söz açır: “Satış pavilyonunda mini laboratoriya təşkil olunacaq. Yəni, alıcı tam arxayın olmaq istəsə, həmin laboratoriyaya müraciət edərək, balın keyfiyyətini yoxlada bilər. Bu isə alıcıya 5-10 manata başa gələcək”.
Çoxlarını düşündürən daha bir məsələyə gəlincə, yarmarkaya çıxarılan balın qiymətini arıçılar özləri təyin edəcəklər. Kənd Təsərrüfatı Nazirliyinin yarmarkanı təşkil etməkdə məqsədi odur ki, arıçılar əlavə xərc çəkmədən məhsullarını bir məkanda daha çox alıcıya təklif edə bilsinlər. Arıçının satış üçün əlavə xərc çəkməməsi isə balın qiymətinə təsir edir, o, öz məhsulunu nisbətən ucuz satır. Bunu nəzərə alaraq, yarmarkaya çıxarılacaq balın 1 kilosunun qiymətinin təxminən 20-25 manat arasında olacağı gözlənilir.
Arıçılığın inkişafı istiqamətində ardıcıl və sistemli iş aparılır
Son illər ölkəmizdə arıçılığa artan maraq müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi balın qiymətli ərzaq olduğunu, kənd yerlərində məşğulluğa müsbət təsirini nəzərə alaraq, bu sahənin inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirir, layihələr işlənilir. Artıq müsbət nəticələr göz qabağındadır. Q.Əbdüləliyev bildirir ki, xüsusən bu, damazlıq-seleksiya işlərinin inkişaf etdirilməsində, ana arı yetişdirilməsində nəzərə çarpır. Respublikada ilk dəfə olaraq 2015-ci ildən etibarən iki yerdə – nazirliyin Arıçılıq Mərkəzinin genefon arıxanasında və Qaxda özəl arıxanada süni mayalama yolu ilə ana arı yetişdirilməsi təcrübəsi tətbiq olunur. Bu arıxanalarda Azərbaycan coğrafiyası üçün ən münasib arı cinsi olan Bozdağ Qafqaz arı cinsi yetişdirilir və arıçılara verilir. FAO-nun köməyi ilə Ankara Universitetinin biologiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində Bozdağ Qafqaz arı cinsinin tam genetik xətti ilə bağlı araşdırmalar aparılıb və bu arı cinsinin Azərbaycan ekotipinin tam dəqiq genetik informasiyası əldə edilib. Növbəti addım isə Sarı Qafqaz arı cinsi üzərində də tədqiqatlar aparılması olacaq. Bu cinsin hər ikisi dağətəyi və yüksək dağlıq ərazilər üçün uyğundur.
Şöbə müdirinin sözlərinə görə, aran rayonları üçün hibrid arıların yetişdirilməsi də unudulmayıb. Əsas hədəf coğrafi iqlim şəraitindən asılı olaraq bütün bölgələrdə arıçılığın inkişafına şərait yaratmaqdır. Eyni zamanda, FAO-ya növbəti layihə ilə müraciət olunub. Bu aydan etibarən beynəlxalq ekspertlərin ölkəmizə səfəri və layihə ilə bağlı müzakirələrin aparılması gözlənilir. Həmçinin arıçıların və arı ailələrinin qeydiyyatının, identifikasiyasının aparılması, ekoloji arı məhsullarının istehsalı, qablaşdırılması və marketinqi istiqamətində də lazımi tədbirlər görüləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
5 saat əvvəl
MEDİA Agentliyində Özbəkistanın məsul şəxsləri və media nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın 20-dən artıq ölkəsindən məşhur ürək-damar cərrahları Bakıya toplaşır!
-
8 saat əvvəl
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
-
8 saat əvvəl
Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Ukraynanın 5 şirkətinə qoyulan məhdudiyyəti aradan qaldırdı
-
9 saat əvvəl
"Ekolizinq" şirkətinin istiqrazlarına 2 investor 2 sifariş təqdim edib
Son Xəbərlər

MEDİA Agentliyində Özbəkistanın məsul şəxsləri və media nümayəndələri ilə görüş keçirilib

Şirkətinizin uğuru sağlam və xoşbəxt işçilərdən asılıdır

Dolların sabah üçün rəsmi məzənnəsi məyyən olunub

Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq

Bəzi məhkəmələrə sədr və müavinlər təyin olundu - SİYAHI
Ən çox oxunanlar

Türkmənistandan Azərbaycana pomidor idxalına məhdudiyyət qoyuldu

Dövlət tərəfindən 6000 qutu paylanacaq

Yeni elektron xidmət: Sifarişçi İcraçının kommersiya sirri məlumatlarına baxa biləcək

"Modern Construction Group" 1 il QSC olduqdan sonra yenidən MMC-yə çevrilməyə qərar verib

Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı uzadır, Azərbaycanın müraciətlərinə cavab vermir
