970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb

Hüquqi şəxslərin müddətli manat vəsaitləri 23% geriləyib
AzVak-mobil_resmin_ustu_31
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin Avqust ayının sonunda qeyri-maliyyə təşkilatlarının manatla müddətli depozitlərinin həcmi 3 milyard 375,9 milyon manat təşkil edib.

Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayının sonu ilə müqayisədə azalma 132,4 milyon manat və ya 3,8% olub. Göstərici 2025-ci ilin sonundan 756,7 milyon manat yüksək olsa da, 2025-ci ilin avqustundakı 4 milyard 382,6 milyon manatla müqayisədə 1 milyard 6,7 milyon manat və ya 23% aşağıdır.

Şirkətlərin müddətli valyuta depozitləri avqustda azalıb

Qeyri-maliyyə təşkilatlarının müddətli xarici valyuta depozitlərinin manat ekvivalenti 31 avqust 2026-cı il tarixində 3 milyard 168,1 milyon manat olub. İyulla müqayisədə göstərici 17,7 milyon manat və ya 0,6% azalıb. Məbləğ 2025-ci ilin sonundan 112 milyon manat, ötən ilin avqustundan isə 184 milyon manat yüksəkdir.  

Qeyri-maliyyə təşkilatlarının xarici valyutada tələb olunanadək depozitlərinin manat ekvivalenti avqustun sonunda 5 milyard 921 milyon manata yüksəlib. Bir ayda artım 676,9 milyon manat və ya 12,9% olub. Buna baxmayaraq, göstərici 2025-ci ilin avqustundakı 6 milyard 439,4 milyon manatdan 518,4 milyon manat və ya 8,1% aşağıdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Şirkətlərin depozitlərində xarici valyutanın çəkisi avqustda yüksəlib

 

Qeyri-maliyyə təşkilatlarının depozitlərində xarici valyutanın payı iyuldakı təxminən 37,9%-dən avqustda 38,8%-ə yüksəlib.

şirkət depozitləri müddətli manat depozitləri hüquqi şəxslər
02.10.2026 15:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19