Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə

Bakıda gizli onlayn qumar şəbəkəsi çökdürüldü. “Jaguar casino” və “Rahat casino” işi – 5 milyon manatdan çox dövriyyə
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı -  5 milyon manatdan çox dövriyyə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən kiberməkanda qanunazidd fəaliyyətin, o cümlədən internet informasiya resurslarından istifadə edilməklə qanunsuz onlayn qumar oyunlarının təşkili və bu fəaliyyət nəticəsində əldə olunan pul vəsaitlərinin dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.

Marja xəbər verir ki, həyata keçirilən növbəti tədbirlərlə ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.

Reklam_3_11

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda yerləşən icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş “chckeeper.net” internet resursu üzərindən “Tilk007”, “Rahat001” və “Rahat98” adlı virtual kassalar yaradıblar. Şübhəli şəxslərin “Jaguar casino” və “Rahat casino” adlı profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunlarının təşkilini həyata keçirdikləri, “WhatsApp” və “Telegram” platformalarından istifadə etməklə iştirakçıların cəlb olunmasını və pul vəsaitlərinin qəbulunu təşkil etdikləri müəyyən olunub. Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə olunduğu müəyyən edilən 55 ədəd mobil telefon, 177 ədəd bank kartı, eləcə də iş üzrə sübut əhəmiyyəti kəsb edən digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək prosessual qaydada götürülüb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyətinin təşkili və idarə olunması zamanı həyata keçirdikləri maliyyə əməliyyatları üzrə ümumi dövriyyə 5 milyon manatdan artıq olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib Hazırda toplanmış materiallar üzrə faktların hüquqi qiymətləndirilməsi, qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İş elanları AzVak.az-da

onlayn qumar qanunsuz qumar Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi DİN Yasamal 5 milyon manat Jaguar casino Rahat casino chckeeper.net WhatsApp Telegram 177 bank kartı kibercinayətkarlıq
01.10.2026 14:39
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19