Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
Yollardakı risk milyonlarla ölçülür – KASKO və icbari sığorta ödənişləri artıb. 2026-cı ilin avqust ayı ərzində “PAŞA Sığorta”nın avtomobil sığortası üzrə ödənişləri 10 milyon manatı keçib. Ödənişlərin məbləği avqustda iyul ayı ilə müqayisədə 1 milyon manatlıq artıb.Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür.
Məsələn, ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” 2026-cı ilin 2026-cı ilin iyul ayı ərzində icbari və KASKO sığortası üzrə 9 milyon 35 min 446 manat ödəniş edib. Avqustda isə bu məbləğ 10 milyon 72 min 958 manata yüksəlib. Yəni cəmi bir ayda ödənişlər 1 milyon 37 min 512 manat, başqa sözlə, 11%-dən çox artıb.
Bu rəqəmlər bir daha göstərir ki, yolda baş verən bir neçə saniyəlik hadisənin qiyməti heç də kiçik olmur. Ona görə sükan arxasında diqqətli olmaq, sürət həddinə əməl etmək, xüsusilə gecə və əlverişsiz hava şəraitində daha ehtiyatlı davranmaq vacibdir.
Amma ehtiyatlı sürmək hər riski sıfırlamır. Qəza baş verəndə avtomobilimizə dəyən zərərin qarşılanması üçün KASKO vacib rol oynayır. İcbari sığorta əsasən üçüncü şəxslərə vurulan zərərin qarşılanmasına xidmət edir, öz avtomobilimizə dəyən zərər isə KASKO təminatı ilə qarşılanır.
Yolda ehtiyat əldən verilməməlidir. Avtomobilin sığortası da. Çünki qəzanı bəzən bir anlıq diqqətsizlik yaradır, maliyyə yükünü isə aylarla daşımağa məcbur oluruq.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 24 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
Azərbaycan nefti bahalaşıb
Ən çox oxunanlar
Rəsmi məzənnəlır açıqlandı
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir


























