Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir

PAŞA Bank Mayamidə süni intellekt və rəqəmsal maliyyə gündəmini izləyir
AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Konfrans global banklararası maliyyə kommunikasiya şəbəkəsi SWIFT tərəfindən təşkil olunur. Tədbir dünyanın aparıcı banklarını, maliyyə institutlarını, texnologiya şirkətlərini, tənzimləyiciləri və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən qlobal platformalardan biridir. Bu il ilk dəfə Mayamidə keçirilən konfransın əsas mövzusu “Digital finance for AI-driven economies” (“Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə”) olaraq müəyyənləşdirilib.

Dörd gün davam edən tədbir çərçivəsində 500-dən çox ekspertin iştirakı ilə 250-dən artıq sessiyanın keçirilməsi nəzərdə tutulub. 2026-cı ilin proqramında süni intellekt və innovasiyalar əsas mövzulardan biri kimi önə çıxır. Bununla yanaşı, ödənişlər, qiymətli kağızlar və valyuta bazarları, ticarətin maliyyələşdirilməsi, ESG, rəqəmsal aktivlər, kibertəhlükəsizlik, məlumatların idarə edilməsi, rəqəmsal transformasiya və maliyyə sektorunda dayanıqlılıq məsələləri geniş müzakirə olunur.

Reklam_3_11

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, SIBOS 2026 maliyyə sektorunda süni intellekt və rəqəmsal texnologiyaların yaratdığı yeni imkanların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“SIBOS qlobal maliyyə sektorunun aparıcı institutlarını, texnologiya şirkətlərini və qərarvericilərini bir araya gətirən ən mühüm beynəlxalq platformalardan biridir. PAŞA Bankın artıq 17-ci dəfə burada təmsil olunması bizim beynəlxalq tərəfdaşlıqlara verdiyimiz önəmin və qlobal maliyyə mühitində fəal iştirakımızın göstəricisidir. Bu il də əsas məqsədimiz mövcud tərəfdaşlarla əməkdaşlığı daha da möhkəmləndirmək, yeni əlaqələr qurmaq, yeni biznes və müştəri imkanlarını müəyyənləşdirməkdir. SIBOS-da qurulan əlaqələrin real dəyərini onların müştərilərimiz üçün yaratdığı imkanlarda görürük.  Bu, “Customer First” yanaşmamızın əsas xəttidir. Tərəfdaşlıqlarımız və beynəlxalq imkanlarımız vasitəsilə müştərilərimizə daha geniş seçimlər, çevik həllər və daha yaxşı təcrübə təqdim etmək əsas prioritetdir .” – deyə Murad Süleymanov bildirib.

PAŞA Bankın SIBOS-da iştirakı Bankın beynəlxalq maliyyə icması ilə əlaqələrinin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və qlobal maliyyə ekosistemində baş verən texnoloji dəyişikliklərin yaxından izlənilməsi baxımından əhəmiyyət daşıyır. Bank təmsilçiləri bu mötəbər konfransda artıq 17-ci dəfə iştirak edir.

PAŞA Bank SIBOS 2026 SWIFT Murad Süleymanov süni intellekt rəqəmsal maliyyə bank sektoru fintech rəqəmsal transformasiya kibertəhlükəsizlik rəqəmsal aktivlər ESG ödənişlər qiymətli kağızlar valyuta bazarı ticarətin maliyyələşdirilməsi beynəlxalq tərəfdaşlıq Miami.
30.09.2026 17:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19