Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ İraq Hava Yollarına xüsusi istisna halı kimi İrana uçuşlar həyata keçirməsinə icazə verib.

İraq Nəqliyyat Nazirliyinin bəyanatında bildirilir ki, İraq Hava Yollarının İrana və İrandan uçuşlarının oktyabr ayında bərpa olunması gözlənilir. Uçuşların Nəcəf Beynəlxalq Hava Limanından həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, ABŞ İraq Hava Yollarını İrana qarşı tətbiq olunan sanksiyalardan istisna edib. Bu qərarın İranlı zəvvarların Nəcəf şəhərinə gediş-gəlişinin təmin edilməsinə imkan verəcəyi qeyd olunub.

Məlumata görə, Nəcəf Beynəlxalq Hava Limanı ötən həftənin sonunda İran aviaşirkətlərinin uçuşlarını dayandırıb. Qərar ABŞ tərəfindən İranın hava nəqliyyatı sektoruna tətbiq edilən sanksiyalarla əlaqədar qəbul edilib.

İraq Nəqliyyat Nazirliyinin açıqlamasında qeyd olunub ki, hökumətin səyləri nəticəsində əldə edilən istisnaya əsasən, İraq Hava Yollarına iranlı zəvvarların İraq və İran arasında daşınması üçün uçuşlar həyata keçirməyə icazə verilir. Bununla belə, uçuşlar ciddi şərt və məhdudiyyətlər çərçivəsində yalnız Nəcəf Beynəlxalq Hava Limanından və həmin hava limanına həyata keçirilə bilər. Hazırda uçuş cədvəlləri müəyyənləşdirilməyib. Nazirlik uçuşların bərpasının dəqiq tarixini açıqlamayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Aəzrtac

30.09.2026 08:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19