Türkiyənin məşhur qida şəbəkəsi Azərbaycanda genişlənir – yeni filial açıldı
“Peynirci Baba” Bakıda yeni filial açdı – Azərbaycan bazarında şəbəkəsini genişləndirirTürkiyənin qida pərakəndəçiliyi sahəsində fəaliyyət göstərən “Peynirci Baba” mağazalar şəbəkəsi Azərbaycanda fəaliyyətini genişləndirərək Bakıda yeni filialını açıb.
Marja.az Şirkətin Azərbaycan üzrə sosial media hesabında yayımlanan məlumata əsasən xəbər verir ki, yeni satış nöqtəsi "Baku Mall"d alış-veriş mərkəzində fəaliyyətə başlayıb. Ticarət mərkəzi Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi prospekti 183 ünvanında yerləşir.
“Peynirci Baba”nın Azərbaycan üzrə Instagram profilində "Baku Mall"dan əvvəl Nəsimi, Nərimanov, Bakıxanov, Elmlər, Səməd Vurğun küçəsi 124, Ayxan Market, 8-ci mikrorayon, Sumqayıt və Xırdalan satış nöqtələri göstərilir.
Azərbaycan bazarına 2020-ci ildə daxil olub
“Peynirci Baba” Yöre Group-un tərkibində fəaliyyət göstərir. Şəbəkənin tarixi 1996-cı ildən başlayır. İlk “Peynirci Baba” mağazası Türkiyədə açılıb, şirkətin xaricdə mağazalaşma prosesinin ilk istiqaməti isə Azərbaycan olub. Yöre Group-un rəsmi tarixçəsinə əsasən, şirkət Azərbaycan bazarına 2020-ci ildə daxil olub. 2023-cü ildə isə Azərbaycanda şəbəkənin 10-cu mağazasının açıldığı bildirilib.
Maraqlıdır ki, “Peynirci Baba”nın hazırda rəsmi saytındakı Azərbaycan bölməsində 8 satış nöqtəsi – 8-ci mikrorayon, Ayxan Market, Azadlıq, Bakıxanov Mall, Elmlər, Nərimanov, Səməd Vurğun və Sumqayıt mağazaları göstərilir. Xırdalan və yeni Baku Mall filialı bu kataloqda hələ əksini tapmayıb. Buna görə şirkətin sosial media hesabı ilə rəsmi mağaza kataloqunda filialların siyahısı hazırda fərqlənir.
Şəbəkə Türkiyədə də sürətlə böyüyür
“Peynirci Baba” 2026-cı ildə Türkiyədə də mağaza şəbəkəsini genişləndirməkdə davam edir. Şirkət sentyabrın 4-də Ankaranın Bağlıca bölgəsində açdığı satış nöqtəsini şəbəkənin 182-ci mağazası kimi təqdim edib. Sentyabrın 11-də isə İstanbulun Tuzla rayonunun Yayla ərazisində daha bir mağaza fəaliyyətə başlayıb.
Şəbəkənin əsas məhsul portfelinə müxtəlif növ pendirlər və digər süd məhsulları, zeytun və zeytun yağları, səhər yeməyi məhsulları, şarküteri və ət məhsulları, şirniyyatlar, quru ərzaq, konservləşdirilmiş və gurme məhsullar daxildir.
“Peynirci Baba” məhsullarının bir hissəsi Yöre Group-un öz istehsal müəssisələrində hazırlanır. Qrupun Gemlikdə zeytun, turşu və gurme məhsulları, Kartepede süd və süd məhsulları, Çanaqqalada isə pendir istehsalı müəssisələri fəaliyyət göstərir. Şirkətin tarixçəsinə görə, süd məhsulları üzrə istehsal bazasının formalaşdırılmasına 2010-cu ildə başlanılıb, Gemlik fabriki 2011-ci ildə yaradılıb, Çanaqqaladakı pendir fabriki isə 2012-ci ildə qrupun istehsal sisteminə daxil edilib.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 saat əvvəl
“Atəşgah” Sığorta Şirkətinin sədrinə İcbari Sığorta Bürosunda vəzifə verilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Holdinqlərdə transformasiya: "atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
3 saat əvvəl
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
-
3 saat əvvəl
Türkiyə şirkəti Azərbaycanda baytarlıq vaksinləri istehsal edəcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”dan əldə edəcəyi payın həcmi məlum olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Carlsberg” Azərbaycanda istehsalı genişləndirməyə hazırlaşır
Slovakiya şirkəti Azərbaycanda əczaçılıq məhsulları istehsal edəcək
Türkiyə şirkəti Azərbaycanda baytarlıq vaksinləri istehsal edəcək
Ən çox oxunanlar
İsveçrə şirkəti Azərbaycanda böyük aqrar layihəyə başlayır – Ağstafada torpaqlar uzunmüddətli icarəyə verilir
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun “AzərTürk Bank”dan əldə edəcəyi payın həcmi məlum olub
Bakıda 11 yeni saziş imzalandı – Microsoft, ROX Group, AGROFERT və digər şirkətlər Azərbaycanda layihələrə qoşulur
Ağdamda nəhəng quşçuluq layihəsi başlayır – “Agro Dairy”, AGROFERT və dövlət fondu anlaşdı
Azərbaycanda “Ağıllı Su Şəbəkəsi” qurula bilər – Ağıllı sayğaclar, sızma nəzarəti, rəqəmsal modelləşdirmə – ANLAŞMA

























