Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir
Özbəkistan Orta Dəhliz çərçivəsində əlavə nəqliyyat imkanlarının, o cümlədən onun tərkib hissəsi olan Zəngəzur dəhlizinin inkişafına investisiya yatırmaq niyyətindədir.
Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Özbəkistan nəqliyyat dəhlizlərini şaxələndirir və onlar arasında ən cəlbedici dəhlizlərdən biri Orta Dəhlizdir.
"Son iki-üç il ərzində biz Azərbaycan ərazisindən yüklərin daşınması həcmini iki dəfə artırmışıq və bu il də artırmağa davam edirik. Təxminən 30 % səviyyəsində müsbət artım dinamikası müşahidə edirik və hazırda Xəzər dənizi ilə yüklərin daşınması üçün yeni güclərin inkişaf etdirilməsi üzərində işləyirik", - nazir bildirib.
O qeyd edib ki, söhbət bərə daşımalarının inkişafından, eləcə də Zəngəzur dəhlizinə, o cümlədən onun Azərbaycana aid hissəsinə investisiya qoyuluşundan gedir.
"Beləliklə, Özbəkistan Orta Dəhliz çərçivəsində əlavə imkanların inkişafına və investisiya qoyuluşuna sadiqdir", - L.Kudratov bildirib.
O, həmçinin qeyd edib ki, Özbəkistan Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha geniş və möhkəm ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
"Biz artıq Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında 13 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmuşuq. Hədəfimiz 2030-cu ilə qədər region daxilində qarşılıqlı ticarətin dəyərini 20 milyard dollara çatdırmaqdır", - o deyib.
Onun sözlərinə görə, söhbət təkcə ticarətdən deyil, həm də sənaye tərəfdaşlığı və birgə investisiyalardan gedir.
"Məsələn, Özbəkistan Azərbaycanda tekstil və avtomobil sənayesinə, eləcə də bir sıra digər sahələrə sərmayə yatırıb. Azərbaycan da Özbəkistana dağ-mədən sənayesi, daşınmaz əmlak və energetika da daxil olmaqla, müxtəlif sektorlarda investisiya qoyuluşu həyata keçirir", - nazir qeyd edib.
L.Kudratov vurğulayıb ki, tərəflər vahid bazar, iqtisadi və işgüzar məkanın yaradılması üzərində birgə işləyirlər.
O, həmçinin Özbəkistan üçün enerji təhlükəsizliyinin vacibliyini qeyd edərək, ölkənin elektrik enerjisi mənbələrinin şaxələndirilməsinə investisiya yatırdığını bildirib.
"Özbəkistan və bütövlükdə Mərkəzi Asiya çox ucuz günəş və külək enerjisinin istehsalı üçün böyük potensiala malikdir. Hazırda biz Azərbaycanla bu sahədə layihələr hazırlayır və müzakirə edirik", - nazir bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 d. əvvəl
- 18 d. əvvəl
-
-
29 d. əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
34 d. əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
2 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
2 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
3 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Qaradağın yeni icra başçısı kimdir?
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®






















