Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Bankların kredit portfeli 4,1 milyard manat böyüyüb. İstehlak kreditləri portfeli 10 milyard manatı aşıb. İstehlak kreditləri və ipoteka kreditləri daxil əhalinin banklara borcu isə 15 milyard manatı keçib. Banklarda problemli kreditlər 1 milyard manata yaxınlaşıb.31 avqust 2026-cı il tarixinə bankların kredit portfeli 32 milyard 824 milyon 200 min manat təşkil edib. Bir il əvvəl (31 avqust 2025-ci il tarixində) portfel 28 milyard 704 milyon 900 min manat idi.
Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, kredit portfeli 4 milyard 119 milyon 300 min manat və ya 14,4% böyüyüb.
Biznes kreditləri 2,7 milyard manat artıb
Biznes kreditləri 31 avqust 2025-ci ildə 15 milyard 91 milyon 800 min manat olduğu halda, 31 avqust 2026-cı ildə 17 milyard 822 milyon 900 min manata çatıb. Artım 2 milyard 731 milyon 100 min manat və ya 18,1% olub. Ümumi kredit portfelində biznes kreditlərinin çəkisi 54%-dən yüksəkdir.
İstehlak kreditləri 10 milyard manatı keçib
Əhaliyə verilmiş istehlak kreditlərinin həcmi 9 milyard 114 milyon 500 min manatdan 10 milyard 261 milyon 200 min manata yüksəlib. Bir ildə artım 1 milyard 146 milyon 700 min manat və ya 12,6% təşkil edib.
İpoteka kreditləri 4,74 milyard manata çatıb
Bankların ipoteka kreditləri portfeli bir il ərzində 4 milyard 498 milyon 600 min manatdan 4 milyard 740 milyon 200 min manata yüksəlib. Artım 241 milyon 600 min manat və ya 5,4% təşkil edib.
Problemli kreditlərin məbləği 155,6 milyon manat artıb
Bank sektorunda qeyri-işlək kreditlərin həcmi 31 avqust 2025-ci ildə 791 milyon 200 min manat, 31 avqust 2026-cı ildə isə 946 milyon 800 min manat təşkil edib. Məbləğ 155 milyon 600 min manat və ya 19,7% artıb. Kredit portfelində qeyri-işlək kreditlərin xüsusi çəkisi isə 2,8%-dən 2,9%-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 d. əvvəl
- 18 d. əvvəl
-
-
29 d. əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
34 d. əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
2 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
2 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
3 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Qaradağın yeni icra başçısı kimdir?
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®






















