970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Xalq Sığorta”nın yığımları artıb, ödənişləri azalıb

Şirkət 18,3 milyon manat sığorta haqqı toplayıb. “Xalq Sığorta”da ödəniş/yığım nisbəti aşağı düşüb.
AzVak-mobil_resmin_ustu_31
“Xalq Sığorta”nın yığımları artıb, ödənişləri azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Xalq Sığorta” ASC 2026-cı ilin ilk 8 ayında 18 milyon 324 min manat sığorta haqqı toplayıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki,  2025-ci ilin eyni dövründə yığımlar 18 milyon 52 min manat olmuşdu. Şirkətin sığorta haqları 272 min manat və ya 1,5% artıb.

Sığorta ödənişləri isə 6 milyon 763 min manatdan 6 milyon 494 min manata geriləyib. Azalma 4% təşkil edib.

Nəticədə ödəniş/yığım nisbəti 37,5%-dən 35,4%-ə düşüb.

Şirkətin bazar payı bazarın özünün daha sürətli böyüməsi səbəbindən 1,72%-dən 1,64%-ə geriləyib. “Xalq Sığorta” yığım həcminə görə 9-cu mövqedə qalıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Xalq Sığorta sığorta haqları sığorta ödənişləri sığorta bazarı Mərkəzi Bank.
24.09.2026 13:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19