“01.AI” və “Sinovation Ventures” Azərbaycana gələ bilər – əməkdaşlıq imkanları müzakirə edildi
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə koordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.
Marja xəbər verir ki, qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.
Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğuladı, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirdi.
Söhbət zamanı “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyi xatırlandı, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olundu.
Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edildi.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 3 d. əvvəl
-
- 5 d. əvvəl
- 12 d. əvvəl
-
14 d. əvvəl
Naxçıvanda Ortakənd yatağında hasilata başlanılması planlaşdırılır
- 18 d. əvvəl
- 21 d. əvvəl
-
28 d. əvvəl
“Azərbaycan Sənaye Sığorta”da ikiqat təzyiq – yığım azalıb, ödəniş kəskin artıb
- 29 d. əvvəl
- 30 d. əvvəl
-
35 d. əvvəl
“İpək Yolu Sığorta” yığımlarını 56% artırıb, bazarda iki pillə irəliləyib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Meqa Həyat Sığorta” yığımlarını təxminən ikiqat artırıb
“Aqrar Sığorta”da yığımlar 26% artıb, ödənişlər 65% azalıb
Naxçıvanda Ortakənd yatağında hasilata başlanılması planlaşdırılır
“Xalq Həyat” yığımlarını artırıb, ödənişlərini azaldıb
Ən çox oxunanlar
“AzSığorta”nın ödənişləri artıb
Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
“01.AI” və “Sinovation Ventures” Azərbaycana gələ bilər – əməkdaşlıq imkanları müzakirə edildi
Sentyabrın 25-də gözlənilən hava şəraiti
“Meqa Sığorta”da həm yığım, həm ödəniş artıb
“Qala Sığorta”da yığımlar 17 milyon manata yaxın azalıb

























