Azərbaycanda 200 min tonluq yeni ilkin alüminium zavodu üçün investor axtarılacaq
Azərbaycanda 200 min tonluq yeni alüminium zavodu gündəmdədir. 200 min ton istehsal: Böyük investor axtarışı başlayacaqAzərbaycanda özəl sektor tərəfindən illik istehsal gücü təxminən 200 min ton olan yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanları qiymətləndiriləcək.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramına əsasən, layihənin həyata keçirilməsi imkanları və potensial investorlar müəyyən ediləcək, investorlarla danışıqlar aparılacaq və investisiya modeli formalaşdırılacaq.
Qiymətləndirmənin yekununda yeni müəssisənin yaradılması barədə qərarın qəbul edilməsi və potensial investorun müəyyən olunması nəzərdə tutulur.
Bu məqamda Dövlət Proqramı zavodun mütləq tikiləcəyini deyil, onun iqtisadi və investisiya baxımından mümkünlüyünün qiymətləndirilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























