970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qarşılıqlı hörmətə əsaslanan diplomatiyaya hazır olduğunu bildirərək, ABŞ-ın təzyiq və təhdidlərinə boyun əyməyəcəklərini, zərurət yarandıqda isə özlərini müdafiə etməkdən çəkinməyəcəklərini deyib.
AzVak-mobil_resmin_ustu_31
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
iç səhifə xəbər şəkil altı (mobil)_32

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin diplomatiyaya hazır olduğunu, lakin ABŞ-ın təhdid və təzyiqləri qarşısında müharibədən qorxmadığını bildirib.

Marja xəbər verir ki,Pezeşkian bu fikirləri Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasındakı çıxışı zamanı səsləndirib.

Reklam_3_11

Çıxışında ABŞ Prezidenti Donald Trampın İranı “terrorçu” adlandırmasına ABŞ və İsrailin müharibə zamanı öldürdüyü mülki şəxslərin və uşaqların fotolarını nümayiş etdirməklə cavab verən Pezeşkian iranlıların “terrorun qurbanları olduğunu” deyib.

ABŞ və İsrailin iranlı alimləri, qadınları və uşaqları öldürdüyünü bildirən Pezeşkian deyib: “Terrorçular və terroru dəstəkləyənlər bizi terrorçu kimi qələmə verirlər. Biz sadəcə özümüzü müdafiə etmişik, biz terrorçu deyilik”.

İki ölkənin İrana ən müasir silahlarla hücum etdiyini və İranın özünü müdafiə etdiyini bildirən Pezeşkian hücumlar zamanı məktəblərin, xəstəxanaların, körpülərin və mülki infrastrukturun ABŞ və İsrail tərəfindən hədəfə alındığını qeyd edib.

Pezeşkian deyib: “İran heç vaxt müharibəyə başlamayıb və hər zaman danışıqlar masasına sadiqliyini nümayiş etdirib. Müharibə bizə sırındı. Özümüzü müdafiə etmək üçün müharibədən qorxmadığımızı və sülh danışıqlarından qaçmadığımızı da sübut etdik. Biz əziz İranımızı sonadək müdafiə edəcəyik”.

ABŞ-ın dəstəklədiyi İsrailin bölgədə istədiyi yeri bombalamaqdan çəkinmədiyini iddia edən Pezeşkian bildirib: “İsrail istədiyi hər yeri bombalayır və terrora məruz qoyur. Onlar heç bir beynəlxalq qanuna və qaydaya riayət etmirlər”.

“Atom bombası İsraildədir, müfəttişlər İrandadır”

Pezeşkian İsrailin nüvə silahına malik olduğunu, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) qoşulmaqdan imtina etdiyini və bu günədək heç bir beynəlxalq müfəttişin ölkədə yoxlama aparmasına icazə vermədiyini bildirib.

“Atom bombası İsraildədir və onlar heç bir şəkildə yoxlamaya məruz qalmayıblar, amma müfəttişlər İrandadır. İsrail öldürür, amma sanksiyalar İrana tətbiq olunur”, - deyən Pezeşkian sözlərini belə davam etdirib:

“Əgər ədalət axtarırıqsa, dost və rəqib eyni meyarla qiymətləndirilməlidir. İran xüsusi imtiyazlar axtarmır, yalnız bərabər hüquqlar tələb edir və öz öhdəliklərini də qəbul etməyə hazırdır”.

İranın nüvə silahına sahib olmaq niyyətində olmadığını bir daha vurğulayan Pezeşkian deyib: “Dinc nüvə texnologiyasına malik olmaq üçün heç kimin icazəsinə ehtiyacımız yoxdur. Biz heç vaxt hüquqlarımızdan imtina etməyəcəyik. Nüvə silahı istəmirik, lakin dinc nüvə proqramımızın məhdudlaşdırılmasını qəbul etmərik”.

Pezeşkian qeyd edib ki, nüvə məsələsi yalnız İran xalqının hüquqlarını və proqramın “dinc xarakterini” təmin edəcək qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər.

“Hörmüz boğazının sularında təhlükəsizliksizlik yaratmaq istəmirik”

Pezeşkian Hörmüz boğazındakı vəziyyətə və ABŞ-ın dəniz blokadasına da toxunaraq deyib:

“İran qonşularını təhlükəsizlik baxımından rəqib kimi görmür; biz güclü qonşulara sahib olmaq istəyirik. Hörmüz boğazının sularında təhlükəsizliksizlik yaratmaq istəmirik. Eyni zamanda, onlar bu su yolundan bizə qarşı təcavüzlərini həyata keçirmək, ərazimizə təhlükə yaratmaq və öz su yollarımıza çıxışımızı əngəlləmək üçün istifadə edə bilməzlər. Öz su yolumuza çıxışımızı bağlayırlar. Bu su yolunun ətrafındakı bütün ərazilərə təhlükə yaratmaq məqsədilə raketlər və ölümcül hərbi texnologiyalar tədarük etməyə davam edirlər”.

Pezeşkian çıxışını belə davam etdirib:

“İran düşmənlərini istənilən hücuma kədərli nəticələri olacaq cavab verəcəyi barədə açıq şəkildə xəbərdar edərək, qarşılıqlı hörmətə əsaslanan diplomatiyaya və rasional dialoqa hər zaman hazır olduğunu vurğulayır. Lakin heç bir halda təzyiq, güc və təhdid yolu ilə tələblərin qəbul etdirilməsinə razı olmayacaq”.

23.09.2026 21:57
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19