54 investor “FINCA Azerbaijan”ın istiqrazlarına yatırım etdi, 3 milyon manat cəlb etdi
“FINCA Azerbaijan” MM QBKT-nin 3 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja.az xəbər verir ki, Bakı Fond Birjasında (BFB) AZ2016019203 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22 sentyabr 2026-cı il tarixində başa çatıb.
BFB-nin Listinq Komitəsinin 18 sentyabr 2026-cı il tarixli qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
3 milyon manatlıq buraxılış tam yerləşdirilib
İstiqraz buraxılışının ümumi həcmi 3 milyon manat, qiymətli kağızların sayı isə 30 min ədəd təşkil edib.
Hərrac zamanı sifarişlərin ümumi həcmi nominal qiymətlə 3 milyon manat olub. Reallaşdırılmış həcm də 3 milyon manat təşkil edib. Beləliklə, istiqraz buraxılışı tam həcmdə yerləşdirilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bir istiqrazın ilkin ticarət qiyməti 100 manat müəyyən edilib.
İllik gəlirlilik 15 faizdir
Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazların illik gəlirlilik faizi 15% təşkil edir.
İstiqrazların tədavül müddəti 18 aydır. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcək.
İstiqrazların yerləşdirilməsi kütləvi, birqiymətli hərrac üsulu ilə həyata keçirilib.
54 investor 55 sifariş verib
Hərracda 54 investor iştirak edib və ümumilikdə 55 sifariş təqdim olunub.
Buraxılışın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 4.6-cı bəndinin tələblərinə cavab verdiyindən, istiqrazlar Standart Bazar Listinq seqmentinə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























