970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə Nazirliyi 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır

Maliyyə Nazirliyi 200 milyon manatlıq dövlət istiqrazını hərraca çıxarır. Tələb yüksək olsa, dövlət istiqrazlarının həcmi 400 milyon manata çata bilər
AzVak-mobil_resmin_ustu_31
Maliyyə Nazirliyi 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 8-də Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin 200 milyon manat həcmində kuponlu ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək davam edəcək.

Buraxılışın ISIN kodu AZ0201240022-dir. Hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti isə 1080 gün müəyyən edilib.

İstiqrazlar üzrə illik kupon faiz dərəcəsi 7% təşkil edir. Faiz ödənişləri hər 6 aydan bir olmaqla 8 mart və 8 sentyabr tarixlərində həyata keçiriləcək. İlk kupon ödənişi 8 mart 2027-ci ildə, sonuncu kupon ödənişi isə 8 sentyabr 2029-cu ildə nəzərdə tutulub.

İstiqrazların əsas məbləğinin ödəniş tarixi 8 sentyabr 2029-cu ildir.

Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin buraxılış həcminin 20%-ni keçməmək şərti ilə qəbuluna icazə veriləcək. Beləliklə, 200 milyon manatlıq ilkin buraxılış həcmi nəzərə alınarsa, qeyri-rəqabətli sifarişlərin maksimum həcmi 40 milyon manat təşkil edə bilər.

Eyni zamanda, hərrac iştirakçılarının istiqrazların alınması üzrə ümumi sifarişlərinin həcmi təklif olunan istiqrazların 20%-indən aşağı olarsa, emitent sifarişləri qəbul etməmək hüququna malikdir. Hazırkı buraxılış üçün bu hədd 40 milyon manata bərabərdir.

Digər tərəfdən, dövlət istiqrazlarına tələb təklifi üstələyərsə və formalaşan qiymət Maliyyə Nazirliyini qane edərsə, təklif olunan istiqrazların həcmi 100%-dək artırıla bilər. Bu halda yerləşdirmənin həcmi ilkin 200 milyon manatdan maksimum 400 milyon manata qədər yüksələ bilər.

Yeni buraxılışın 200 milyon manatlıq ilkin həcmi dövlət qiymətli kağızları bazarı üçün kifayət qədər iri yerləşdirmə hesab oluna bilər. İllik 7%-lik kupon gəlirliliyi və 3 ilə yaxın tədavül müddəti istiqrazları xüsusilə banklar, sığorta şirkətləri və digər institusional investorlar üçün maraqlı edə bilər.

Hərracda əsas diqqət tələbə yönələcək. Sifarişlərin yüksək olması və emitentin qəbul etdiyi qiymət səviyyəsinin formalaşması halında buraxılışın 400 milyon manata qədər artırılması Maliyyə Nazirliyinin bazardan nəzərdə tutulandan iki dəfə çox vəsait cəlb etməsinə imkan verə bilər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Maliyyə Nazirliyi dövlət istiqrazları dövlət istiqrazı hərracı Bakı Fond Birjası BFB 200 milyon manat 400 milyon manat istiqraz buraxılışı kuponlu istiqraz ortamüddətli dövlət istiqrazları 7 faiz istiqraz PAŞA Kapital dövlət borcu qiymətli kağızlar istiqraz bazarı AZ0201240022 Maliyyə Nazirliyi istiqrazları investisiya istiqraz gəlirliliyi dövlət qiymətli kağızları
03.09.2026 15:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19