27 işçisi olan şirkət 6 aya 2,5 milyon manat xalis mənfəət əldə edib
“Konstromat”ın mənfəəti 40% artıb.Tikinti mareriallarının (əsasən Norm sement məhsullarının) satışını təşkil edən “Konstromat” ASC 2026-cı ilin ilk yarısını 2 milyon 513,8 min manat xalis mənfəətlə başa vurub.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 1 milyon 796,6 min manat xalis mənfəətlə müqayisədə 717,3 min manat və ya 39,9% çoxdur.
2026-cı ilin yanvar-iyun aylarında “Konstromat”ın əsas əməliyyat gəlirləri 18 milyon 993,8 min manat təşkil edib. Ötən ilin eyni dövründə şirkətin gəlirləri 17 milyon 858,3 min manat olmuşdu. Beləliklə, gəlirlər illik müqayisədə 1 milyon 135,5 min manat və ya 6,4% artıb.
Satışın maya dəyəri 13 milyon 875,3 min manatdan 14 milyon 635,4 min manata yüksəlib. Nəticədə şirkətin ümumi mənfəəti 3 milyon 983 min manatdan 4 milyon 358,4 min manata çatıb. Ümumi mənfəətdə artım 375,3 min manat və ya 9,4% təşkil edib.
Şirkətin mənfəətinin gəlirlərdən daha sürətlə artmasına xərclərin azalması da ciddi təsir göstərib. Hesabat dövründə ümumi xərclər 1 milyon 736,4 min manatdan 1 milyon 160,9 min manata düşüb. Bu, 575,4 min manat və ya 33,1% azalma deməkdir.
Bunun nəticəsində “Konstromat”ın əməliyyat mənfəəti 2 milyon 246,7 min manatdan 3 milyon 197,4 min manata yüksəlib. Əməliyyat mənfəəti 950,8 min manat və ya 42,3% artıb.
Vergidən əvvəl mənfəət 39,9% artaraq 3 milyon 142,3 min manat olub. Şirkət hesabat dövründə 628,5 min manat mənfəət vergisi xərci tanıyıb.
Aktivləri 15,7 milyon manatı keçib
30 iyun 2026-cı il tarixinə “Konstromat” ASC-nin cəmi aktivləri 15 milyon 701,5 min manat təşkil edib. Bir il əvvəl aktivlər 14 milyon 911,7 min manat idi. Aktivlər 789,8 min manat və ya 5,3% artıb. Şirkətin aktivlərinin böyük hissəsini 11 milyon 592,9 min manatlıq ticarət debitor borcları təşkil edib. Bu göstərici bir il ərzində 574,9 min manat və ya 5,2% artıb.
Pul vəsaitləri və onların ekvivalentləri isə 1 milyon 450 min manatdan 1 milyon 36,5 min manata düşüb. Azalma 413,5 min manat və ya 28,5% təşkil edib.
Verilmiş qısamüddətli avanslar xüsusilə kəskin artaraq 30 min manatdan 822,8 min manata yüksəlib.
Kredit borcu 3 milyon manatdan 1 milyon manata düşüb
Şirkətin öhdəliklərində nəzərəçarpacaq azalma baş verib. 30 iyun 2025-ci ildə “Konstromat”ın ümumi öhdəlikləri 10 milyon 148,1 min manat olduğu halda, 30 iyun 2026-cı ildə bu göstərici 8 milyon 165,2 min manata düşüb. Beləliklə, öhdəliklər bir il ərzində 1 milyon 982,9 min manat və ya 19,5% azalıb.
Xüsusilə şirkətin kredit borcu 3 milyon manatdan 999,9 min manata enib. Kredit borcundakı azalma təxminən 2 milyon manat və ya 66,7% təşkil edib.
Ticarət və digər kreditor borcları da 4 milyon 620,5 min manatdan 4 milyon 436,4 min manata geriləyib.
Kapitalı 58% artıb
“Konstromat” ASC-nin kapitalı bir il ərzində ciddi şəkildə artıb. Şirkətin cəmi kapitalı 30 iyun 2025-ci ildə 4 milyon 763,6 min manat olduğu halda, 2026-cı ilin eyni tarixində 7 milyon 536,3 min manata çatıb. Artım 2 milyon 772,7 min manat və ya 58,2% təşkil edib.
Bölüşdürülməmiş mənfəət isə 4 milyon 563,6 min manatdan 7 milyon 336,3 min manata yüksəlib.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 200 min manat təşkil edir.
Səhmdara 1,45 milyon manat dividend ödənilib
İdarəetmə hesabatında bildirilir ki, “Konstromat” ASC 2026-cı ilin ilk yarısında səhmlər üzrə 1 milyon 450 min manat dividend ödəyib. Şirkətin 20 min ədəd adi adlı səhmi mövcuddur və hər bir səhmin nominal dəyəri 10 manatdır.
Hesabata əsasən, şirkətin 100%-lik fiziki şəxs səhmdarı Rasim Naib oğlu Əkbərovdur.
“Konstromat”ın şirkətinin əsas fəaliyyət istiqaməti Norm sement məhsulunun topdan satışı, yəni distribusiyasıdır. 2026-cı ilin əvvəlində, aprelin 1-də və iyulun 1-də şirkətdə faktiki çalışan işçilərin sayı 27 nəfər olub.
Hesabat göstəriciləri “Konstromat”ın 2026-cı ilin ilk yarısında təkcə satışlarını artırmadığını, eyni zamanda rentabelliyini də əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını göstərir. Gəlirlər cəmi 6,4% artdığı halda, xalis mənfəətin 39,9%, əməliyyat mənfəətinin isə 42,3% yüksəlməsi xərclərə nəzarətin güclənməsini göstərir.
Xalis mənfəət marjası 2025-ci ilin ilk yarısındakı təxminən 10,1%-dən 2026-cı ilin ilk yarısında 13,2%-ə yüksəlib.
Eyni zamanda, şirkətin kredit borcunun 66,7% azalması və ümumi öhdəliklərin təxminən 20% aşağı düşməsi balans strukturunu gücləndirib. Kapitalın aktivlərdə payı bir il ərzində təxminən 31,9%-dən 48%-ə yüksəlib.
Diqqətçəkən başqa məqam şirkətin yüksək mənfəətlə yanaşı 1,45 milyon manat dividend ödəməsidir. Bu məbləğ 2026-cı ilin ilk yarısında əldə edilmiş xalis mənfəətin təxminən 57,7%-nə bərabərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
20 d. əvvəl
27 işçisi olan şirkət 6 aya 2,5 milyon manat xalis mənfəət əldə edib
-
-
22 d. əvvəl
Bakustyle: avtomobil kontentindən müxtəlif nəqliyyat vasitələrinə qədər
-
42 d. əvvəl
Prezident fərman imzaladı: Torpaqların birləşdirilməsi üçün qayda hazırlanacaq
-
1 saat əvvəl
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
-
2 saat əvvəl
Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir ®
-
2 saat əvvəl
Təchizat riskləri Avropada təbii qazın qiymətini artırmaqda davam edir
-
2 saat əvvəl
İran: Hörmüz boğazından keçməyə çalışan 2 tanker minaya düşüb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
27 işçisi olan şirkət 6 aya 2,5 milyon manat xalis mənfəət əldə edib
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
İran: Hörmüz boğazından keçməyə çalışan 2 tanker minaya düşüb
Ən çox oxunanlar
Rusiya taxıl ixracı vergisini ilin sonunadək sıfırladı
Sentyabrın 3-də gözlənilən hava şəraiti
"Dövlət nəqliyyat şirkətlərinin əməliyyat çətinliklərinin həllində yerli startaplara üstünlük veriləcək"
Həkimlərin maaşları artırılır - 3 000 manatadək yüksələcək


























