Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bank sədri: "Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sədri: "Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"ABB-nin Özbəkistanda həyata keçirdiyi ABB Davr layihəsinin səhmlərin hüquqi transferi ilə bağlı mərhələsinin qarşıdakı 7–10 gün ərzində tamamlanması gözlənilir. Bankın ABB Davr brendi altında fəaliyyətə isə təxminən oktyabr ayında başlaması planlaşdırılır".

Marja.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov müsahibəsində bildirib.

Onun sözlərinə görə, avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə ABB Davr layihəsinə rəsmi start verilib.

Layihənin rəsmi başlanmasından əvvəl tələb olunan bütün icazələrin alındığını və səhmlərin alqı-satqısı müqaviləsinin imzalandığını bildirən Abbas İbrahimov qeyd edib ki, növbəti mərhələdə səhmlərin hüquqi transferi və səhmdarlar reyestrində müvafiq dəyişikliklər həyata keçiriləcək.

“Bu proses tamamlandıqdan sonra ABB Davr Bankın əsas səhmdarı olacaq. Bu prosesin qarşıdakı 7–10 gün ərzində yekunlaşmasını gözləyirik. ABB Davr brendi altında fəaliyyət isə bankın adının dəyişdirilməsi ilə bağlı rəsmi prosedurlar tamamlandıqdan dərhal sonra başlanacaq. Düşünürəm ki, təxminən oktyabrda artıq ABB Davr brendini görəcəyik”, – ABB sədri bildirib.

Brend dəyişikliyi mərhələli aparılacaq

Abbas İbrahimov bildirib ki, ABB Davr-a keçid ilk olaraq korporativ kommunikasiya və rəqəmsal kanallardan başlayacaq. Filialların, ATM-lərin, kartların və digər fiziki müştəri təmas nöqtələrinin ABB Davr brendinə keçirilməsi isə mərhələli şəkildə həyata keçiriləcək.

Onun sözlərinə görə, məqsəd yalnız bankın adını və vizual kimliyini dəyişmək deyil, ABB brendinin arxasında dayanan xidmət keyfiyyətini, texnologiyanı, innovasiyaları və institusional təcrübəni Özbəkistan bazarına gətirməkdir.

İş elanları AzVak.az-da

ABB Davr-da korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt, risklərin idarə edilməsi və müştəri təcrübəsi sahələrində ABB-nin Azərbaycanda formalaşdırdığı həllərin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Azərbaycanda artıq istifadə edilən bəzi rəqəmsal və süni intellekt həllərinin Özbəkistan bazarının xüsusiyyətlərinə uyğunlaşdırılaraq qısa müddətdə ABB Davr-da tətbiqi də planlaşdırılır.

Davr Bankın aktivləri 2 milyard manatı ötür

ABB sədrinin sözlərinə görə, Özbəkistan bazarına daxil olmaq üçün Davr Bankın seçilməsinin əsas səbəblərindən biri bankın mövcud biznes bazası və inkişaf potensialıdır.

Hazırda Davr Bankın:

• 2 milyondan çox müştərisi;

• 1 800-dən çox əməkdaşı;

• paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi;

• 2 milyard manatdan çox aktivi var.

Bank eyni zamanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aktiv mövqeyə malikdir.

ABB Davr Bankın mövcud yerli bazar təcrübəsini, komandasını və biznes modelini ABB-nin kapitalı, texnologiyası və institusional təcrübəsi ilə birləşdirməyi planlaşdırır.

ABB Davr universal bank olacaq

ABB Davr həm fərdi müştərilərə, həm kiçik və orta biznesə, həm də korporativ müştərilərə xidmət göstərən universal bank kimi fəaliyyət göstərəcək.

Bank xüsusilə KOB maliyyələşdirilməsi, rəqəmsal bankçılıq, ödənişlər, sənədli əməliyyatlar və korporativ maliyyələşdirmə istiqamətlərində inkişaf etməyi planlaşdırır.

ABB Azərbaycanda tətbiq etdiyi “Beyond banking” modelini də zamanla Özbəkistan bazarına uyğunlaşdırmaq niyyətindədir.

Abbas İbrahimov vurğulayıb ki, ABB-nin Azərbaycandakı biznes modeli olduğu kimi Özbəkistana köçürülməyəcək. Məhsul və xidmətlər yerli müştərilərin ehtiyaclarına və Özbəkistan bazarının xüsusiyyətlərinə uyğunlaşdırılacaq.

ABB Davr iki ölkə arasında “maliyyə körpüsü” olmağı hədəfləyir

Hazırda Özbəkistanda 470-dən çox Azərbaycan kapitallı müəssisə, Azərbaycanda isə 130-dan çox Özbəkistan kapitallı müəssisə qeydiyyatdan keçib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

ABB rəhbərliyinin qiymətləndirməsinə görə, iki ölkə arasında ticarət və qarşılıqlı investisiyalar artdıqca şirkətlərin maliyyə xidmətlərinə tələbatı da genişlənəcək.

ABB Davr bu istiqamətdə hesablaşmalar, ticarətin maliyyələşdirilməsi, sənədli əməliyyatlar, yeni biznes və investisiya layihələrinin maliyyələşdirilməsi üzrə iki ölkə arasında maliyyə körpüsü rolunu oynaya bilər.

Bununla yanaşı, ABB Davr ilk növbədə Özbəkistan bazarına və yerli müştərilərə xidmət edən bank olacaq.

ABB Maliyyə Qrupu 50 milyonluq bazara çıxır

ABB Davr layihəsi ABB-nin 2026–2028-ci illər üzrə inkişaf strategiyasında müəyyən edilmiş coğrafi genişlənmə hədəfinə doğru ilk böyük addım kimi qiymətləndirilir.

Abbas İbrahimov bildirib ki, ABB Maliyyə Qrupu layihədən sonra 5,5 milyona yaxın müştəriyə xidmət göstərəcək. Eyni zamanda, qrupun müraciət edə biləcəyi potensial bazarın ölçüsü 10 milyondan təxminən 50 milyon müştəriyə yüksələcək.

"Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik",- Abbas İbrahimov deyib.

ABB sədrinin sözlərinə görə, Özbəkistana yalnız kapital deyil, Azərbaycanda formalaşdırılmış rəqəmsal həllər, süni intellekt modelləri, risk və korporativ idarəetmə yanaşmaları, eləcə də “Beyond banking” imkanları da ixrac ediləcək.

Daha böyük müştəri bazasının ABB-yə texnologiya və süni intellekt sahəsinə daha iri investisiyalar yatırmaq imkanı yaradacağı bildirilir.

“Sabah yaratdığımız hər hansı rəqəmsal həll və ya süni intellekt modeli artıq Azərbaycandan daha geniş coğrafiyada milyonlarla müştəri üçün dəyər yaradacaq”, – Abbas İbrahimov qeyd edib.

O bildirib ki, layihə təkcə Davr Bankı deyil, ABB-nin özünü də dəyişəcək və banka regional maliyyə qrupu kimi yeni kompetensiyalar qazandıracaq.

“Bu baxımdan ABB Davr layihəsi Azərbaycan maliyyə brendinin, texnologiyasının, bankçılıq təcrübəsinin daha geniş coğrafiyaya çıxışıdır”, – ABB-nin İdarə Heyətinin sədri bildirib.

İş elanları AzVak.az-da

Abbas İbrahimov ABB Özbəkistan ABB Davr Bank Özbəkistan bankları Davr Bank səhmləri
03.09.2026 11:43
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19